Çərşənbə günü, 23 iyul 2025
     

“44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin növbəti təqdimatı keçirilib - FOTO

Image

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası dekabr ayının 4-də "44 gün – Tarixi zəfər" adlı kitabın III cildinin növbəti təqdimatını keçirib. 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən təqimat mərasimində Bakının Abşeron, Binəqədi, Xətai, Sabunçu, Xəzər, Nizami, Qaradağ, Nərimanov, Pirallahı, Nəsimi, Suraxanı, Səbail, Yasamal rayonlarından və Sumqayıt şəhərindən olan şəhid ailələri üzvləri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov,  Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Mədəniyyət Nazirliyinin nümayəndəsi Kəmalə Əlyarova və başqaları iştirak edib. 

Şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib. 

Təqdimat mərasimini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov açdı və Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi misilsiz işlərdən danışıb. 

Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova  tədbirə toplaşan şəhid ailələrinə, bu tədbirin təşkilində Xatirə Kitabına  köməklik göstərən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəsmilərinə  təşəkkürünü bildirib. "Xoş haldır ki, Respublika Xatirə Kitabının Vətən müharibəsində həlak olmuş üç mindən çox şəhidlə bağlı "44 gün – Tarixi zəfər" adlı çoxcildliyinin III cildinin təqdimat mərasimini Zəfər sevincimizdən doğan qürur hissi ilə keçiririk"-deyə baş redaktor qeyd edib.  

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də çıxış edib. A.Quliyev bu redaksiyanın şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yönündə gördüyü genişmiqyaslı işləri qeyd edib və bildirib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan oğullar təkcə ailələri üçün deyil, bütün xalqımız üçün əzizdir, unudulmazdır.  

Tədbirdə şəhid kapitan Nurlan Hamlet oğlu Mustafayevin anası Rəhlə Ramazanova çıxış edib, şəhid şair Teymur Turanın atası oğlunun şeirlərindən və aforizmlərindən ibarət kitabının çap olunduğunu deyib. 

Təqdimat mərasimində, həmçinin, Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi, layihə rəhbəri Nəzakət Məmmədova olan və Vüsal Nurunun ekranlaşdırdığı "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında çəkilən Vətən müharibəsi şəhidi Məhəbbət Quliyevə həsr olunan sənədli film də təqdim edilib. 

Mərəsimdə qeyd olunub ki, kitabın I və II cildlərində ümumilikdə 2000-ə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.  

Xatırladaq ki, "44 gün – Tarixi zəfər" adlı ki¬ta¬bın birinci cildində 44 günlük Vətən müharibəsi ilə yanaşı, 2016-cı ilin Aprel döyüşləri və Tovuz hadisələri zamanı həlak olanların da adları əbədiləşdirilib.  

Məlumat üçün bildirilib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Vurğulanıb ki, bu missiyanı öz üzərinə götürərək Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəxslər haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir. 

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən "Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayon¬lara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlanıb. 

Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1-ci,  2-ci və 3-cü cildi işıq üzü görüb, 4-cü cild üzərində işlər aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır. 

Redaksiyanın hazırladığı "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir. Burada Faşizm üzərində qələbənin 75 illiyi geniş təqdir olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək, hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və ma¬raqlı fikirlər yer alıb.       

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib, həmin kitabların təqdimatını keçirib. Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub. 

Qeyd olunub ki, Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlərini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Tədbirdən hazırladığımız geniş yazını növbəti sayımızda təqdim edəcəyik. 

İradə SARIYEVA




VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910