Cümə axşamı günü, 29 may 2025
     

Azad rayonlarda yaşıl enerji istehsalı “ekoloji inqilabın” mühüm mərhələsidir...

Image

Ətraf mühitin, ekologiyanın mühafizəsi, ekoloji təhlükəsizliyin təmin olunması günün ən aktual məsələsidir və qlobal miqyasda diqqət mərkəzindədir. Bütün dünya üçün əslində, ekologiyanın, ətraf mühitin, təbiətin mühafizəsi ən vacib məsələ olaraq qəbul olunmalı, ətraf mühitin çirkləndirilməsinin minimuna endirilməsi ön planda durmalıdır. 

Çünki ekoloji məsələ, ekoloji tarazlıq təkcə bir ölkə üçün deyil, bütövlükdə dünya ölkələrinin hamısı üçün eyni dərəcədə maraqlıdır. Ona görə eyni dərəcədə maraqlıdır ki, ekoloji tarazlığın pozulması dünya ölkələrinə eyni dərəcədə mənfi təsirlər vəd edir və bunun maksimum dərəcədə qarşısının alınması ən vacib məsələ olaraq qəbul edilməkdədir.

Elə etmək lazımdır ki, çirklənmə minimum həddə olsun, ekoloji tarazlığın pozulması üçün şərait yaranmasın

Cəmiyyət inkişaf etdikcə, yeni-yeni texnologiyalar tətbiq edildikcə, sənaye, istehsal genişləndikcə tullantıların da miqdarı artıq. Günü-gündən daha çox təbii resurslardan istifadəyə tələbat və maraq artır. Bununla belə, istər tullantıların miqdarının azaldılması, istər resurslardan səmərəli istifadə, istərsə də çirklənmənin miqdarının minimuna endirilməsi mümkündür. Əgər gələcək nəsillərin də təbii ehtiyatlardan faydalanmasını istəyiriksə, mütləq həmin ehtiyatların səmərəli şəkilə istifadəsi ön planda olmalıdır. İnsanlar təbii ehtiyatlardan istifadə edərkən, həmin ehtiyatların gələcək nəsillər üçün də qorunub saxlanılmasını nəzərdən qaçırmamalıdırlar. Eləcə də, təbii ehtiyatlardan istifadə etdikdə elə bir şəkildə davranmaq tələb olunur ki, təbiətə atılan tullantılar, bir sözlə, çirklənmə minimum həddə olsun və ekologiyanın korlanması, ekoloji tarazlığın pozulması üçün şərait yaranmasın. 

Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək 

Bütün bu deyilənlərin fonunda, Azərbaycan dövlətinin ekoloji siyasətinin əsasını da məhz ətraf mühitin, ekologiyanın qorunması, tullantıların miqdarının minimuma endirilməsi, çirklənmənin tamamilə qarşısının alınması, ətraf mühitin mümkün qədər, bacardıqca sağlamlaşdırılması təşkil edir. Buna ən bariz nümunələrdən biri işğaldan azad edilən ərazilərdə "yaşıl enerji" layihələrinin həyata keçirilməsidir. Məlum olduğu kimi, yerli su ehtiyatlarımızın 25 faizə qədəri Qarabağda və Şərqi Zəngəzurda formalaşır. Bu da həmin iqtisadi rayonlarda su-elektrik stansiyalarının tikilməsi və işləməsi üçün geniş imkan yaradır. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra görülən işlər deməyə imkan verir ki, bu sahədə də qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək. Prezident İlham Əliyevin regionun "yaşıl enerji" zonası barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları mövcud su-elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib. Burada elektrik enerjisi tələbatı tam həcmdə "yaşıl enerji" hesabına həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək. Digər tərəfdən, bu ilin 10 ayında Azərbaycanda "yaşıl enerji" istehsalı 80 faizdən çox artıb. Həmçinin, Azərbaycanda günəş enerjisi istehsalı 9 dəfə artıb. COP29 çərçivəsində "Clean Energy Cəbrayıl" MMC və "Baku Steel Company" arasında günəş enerjisi təchizatı haqqında Anlaşma Memorandumu imzalanıb. Cəbrayılın Soltanlı kəndində ərsəyə gətiriləcək layihə 100 MVt gücündə günəş enerji stansiyalarının inşasını əhatə edir və hər biri 50 MVt olmaqla iki hissədən ibarətdir: Şəms və Üfüq günəş elektrik stansiyaları. İstehsal olunan günəş enerjisi, yerli sənaye müəssisələrinin enerji ehtiyaclarını qarşılamaq məqsədini daşıyır. Hər iki günəş stansiyasından əldə edilən enerji digər istifadəçilərlə birlikdə "Baku Steel Company"yə tədarük ediləcək. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Bütün bunlar ölkədə ekologiya və ətraf mühitin mühafizəsinə, o cümlədən "yaşıl enerji" sahəsinin inkişafına necə ciddi önəm verilməsinin göstəricisidir.

Kəlbəcərlə Laçın həm də böyük külək enerjisi potensialına malikdir 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "yaşıl enerji" layihələri olduqca mühüm əhəmiyyət kəsb edir: "Əvvəla, Qarabağ və Şərqi Zəngəzurda böyük "yaşıl enerji" potensialı var. Azərbaycanın təkcə su ehtiyatlarının 25 faizi həmin regionun payına düşür. Kəlbəcər, Laçın və Zəngilan rayonları ərazilərində iti sürətlə axan dağ çayları var ki, bu da onlar üzərində kiçik su elektrik stansiyaları tikməyə imkan verir. Məlum olduğu kimi, bununla bağlı da sistemli layihələr həyata keçirilir. Bu isə mərhələli şəkildə Azərbaycanda istehsal edilən elektrik enejisində "yaşıl eneri"nin payının artmasına gətirib çıxaracaq. Bundan başqa, Kəlbəcərlə Laçın həm də böyük külək enerjisi potensialına malikdir. Həmin potensialdan istifadə gündəmdədir. Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurun aran hissələri böyük günəş enerjisi potensialına malikdir. Bununla əlaqədar BP şirkəti Cəbrayılda günəş elektrik enerjisi stansiyası tikəcək. Bütün bunlar hələ başlanğıcdır. Əminəm ki, yaxın illərdə daha bir neçə bu kimi layihələr həyata keçiriləcək və bu da ətraf mühitin qorunmasına öz töhvəsini verəcək".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

29.05.2025 / 10:26
52 nəfər şübhəli saxlanılıb - polis

29.05.2025 / 10:20
Şabran sakini yol qəzasında öldü

29.05.2025 / 10:16
"Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk" - ABŞ rəsmisi

29.05.2025 / 10:09
Cənubi Koreyada təyyarə qəzası olub - 4 nəfər itkin düşüb

29.05.2025 / 10:05
Ərdoğan ABŞ-a gedir? - Hakan Fidandan açıqlama

29.05.2025 / 10:02
Həftəsonu 45 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

29.05.2025 / 10:00
Xətai rayonunun bir hissəsi 4 saat işıqsız qalacaq

29.05.2025 / 09:46
Liseylərə qəbulla bağlı bu qadağa aradan qaldırıldı

29.05.2025 / 09:30
"Zadəganlar" Konfrans Liqasının qalibi oldu

29.05.2025 / 09:22
Almaniyadan Rusiyanı qəzəbləndirəcək QƏRAR

29.05.2025 / 09:13
Mask Ağ Evi tərk edir: -“Mənim səlahiyyət müddətim başa çatmaq üzrədir”

29.05.2025 / 09:06
Laçına növbəti köç karvanı yola salınıb

29.05.2025 / 09:00
Məhkəmə Trampın tətbiq etdiyi tarifləri qanunsuz hesab edib, onları blokladı

28.05.2025 / 23:48
Həyatın poeziyada əksi - Dilarə Adilgil yazır

28.05.2025 / 23:24
Oskanyan: ”28 May – suverenliyimizim zədələndiyi bayramdır”

28.05.2025 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkələrdəki səhifələrində Laçın Beynəlxalq Hava Limanının açılışından görüntülər yayımlanıb - VİDEO

28.05.2025 / 22:53
Tramp: “Putinin ABŞ-ı aldatdığı aşkar edilərsə, reaksiya “fərqli” olacaq”

28.05.2025 / 22:52
Rusiya iyunun 2-də İstanbulda Ukrayna ilə danışıqlara hazır olduğunu bildirdi

28.05.2025 / 20:14
Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv etdi

28.05.2025 / 19:56
“Hakimiyyət dəyişikliyindən sonra Alen Simonyan ancaq Bakıda yaşaya biləcək”

28.05.2025 / 19:40
İvanişvili ABŞ səfiri ilə görüşməkdən imtina etdi

28.05.2025 / 19:27
"1918-ci ildə alovlanan azadlıq məşəli Azərbaycanın yoluna işıq saçır" - Ərdoğan

28.05.2025 / 18:38
Zakir Həsənov Yaşar Gülerlə görüşdü...

28.05.2025 / 18:05
Şahbaz Şərif: "Bayraqlarımız hər zaman bir yerdə yüksəklərdə dalğalanacaq"

28.05.2025 / 18:02
Azərbaycan və Türkiyə prezidentləri, Pakistanın Baş naziri Laçın şəhərində seyrəngahda olublar - FOTO

28.05.2025 / 18:00
"Tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi" - Pakistanın Baş naziri

28.05.2025 / 17:47
Tramp Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 17:10
"Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq" - Prezident

28.05.2025 / 17:06
Prezident Vətən müharibəsində ölkəmizə verilən siyasi və mənəvi dəstəyə görə Türkiyə və Pakistana minnətdarlığını bildirdi

28.05.2025 / 17:04
"Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi" - Prezident

28.05.2025 / 16:50
Prezident: "Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır"

28.05.2025 / 16:47
"Azərbaycan, Türkiyə və Pakistan əməkdaşlığı ildən-ilə gücləndirir" - Prezident İlham Əliyev

28.05.2025 / 16:36
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - FOTO/VİDEO

28.05.2025 / 16:07
“Kreml Trampın qətiyyətini sınamaqda davam edir”

28.05.2025 / 15:46
Ərdoğan: "Ankara, Bakı və İslamabad arasında həmrəylik və əməkdaşlıq seçim məsələsi deyil, zəruri ehtiyacdır"

28.05.2025 / 15:39
ABŞ Rusiyanın genişmiqyaslı yay hücumuna hazırlaşdığını bildirir

28.05.2025 / 15:26
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

28.05.2025 / 15:23
"Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək" - Ərdoğan

28.05.2025 / 15:16
LGBT-yə görə 17 Aİ ölkəsi Avropa Komissiyasını Macarıstanı cəzalandırmağa çağırdı

28.05.2025 / 15:15
Ermənilərin Respublika günü separatcılara həsr olundu

28.05.2025 / 15:14
"Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var" - Baş nazir

28.05.2025 / 15:05
Şahbaz Şərif: "Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi fəxarət hissi ilə doldurur"

28.05.2025 / 14:55
"Azərbaycan bu gün beynəlxalq müstəvidə güclü mövqeyə malikdir" - Pakistanın Baş naziri

28.05.2025 / 14:24
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub"

28.05.2025 / 14:20
"Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir" - Prezident

28.05.2025 / 14:15
Prezident: "Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

28.05.2025 / 14:12
"Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub" - Prezident İlham Əliyev

28.05.2025 / 14:07
Laçında Prezident İlham Əliyevin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 14:05
"Qafqazın ən gözəl şəhərlərindən biri Zirvə toplantısına ev sahibliyi edir" - Hikmət Hacıyev

28.05.2025 / 13:53
"Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun!" - Türkiyə XİN

28.05.2025 / 13:36
Laçında Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub

28.05.2025 / 12:51
Lerikdə meşədə çətənə kolları yetişdirən şəxs saxlandı

28.05.2025 / 12:31
Prezident İlham Əliyev və Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar - FOTO

28.05.2025 / 11:16
Prezident İlham Əliyev və Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

28.05.2025 / 11:10
Ərdoğan Laçındadır

28.05.2025 / 11:07
Bu axşam Konfrans Liqasının finalı olacaq

28.05.2025 / 11:00
"Azərbaycan Ordusu 2020-ci ili xalqımızın şanlı tarixində Zəfər ili kimi əbədiləşdirib"

28.05.2025 / 10:53
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

28.05.2025 / 08:44
Xarici ticarətimizdə müsbət saldo hər il azalır - cəmi 651 milyon dollar qaldı...

28.05.2025 / 00:10
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

28.05.2025 / 00:09
Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib - FOTO

27.05.2025 / 22:57
Prezident İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

27.05.2025 / 22:55
Tramp:- “Putin odla oynayır!”

27.05.2025 / 22:10
Qəzzada ABŞ-ın dəstəklədiyi yardım fondu fəaliyyətə başladı – Fələstinlilər izlənilmək qorxusundan ehtiyat edirlər

27.05.2025 / 22:07
Dünyanın ən yoxsul 75 ölkəsi Çinə 22 milyard ABŞ dolları həcmində borc ödəyəcək

27.05.2025 / 22:05
Rusiyanı yeni sanksiyalarla hədələyən ABŞ Senatı ondan cavab gözləyir

27.05.2025 / 22:04
Çində kimya zavodunda güclü partlayış baş verdi

27.05.2025 / 22:03
“ABŞ Ukraynadan Rusiya ilə münaqişənin həlli üçün şərtlərin siyahısını aldı”

27.05.2025 / 21:37
Azərbaycan Ukrayna siyasətini davam etdirəcək - Rusiyanın mümkün reaksiyaları...

27.05.2025 / 21:23
Paşinyan “Azərbaycanla saziş mesajını” başqa ünvanlara yönəltdi...

27.05.2025 / 21:10
Zəngəzur dəhlizi beynəlxalq zərurətə çevrilir...

27.05.2025 / 20:57
Fransa XİN Azərbaycanı Ermənistanla sazişə çağırdı - absurdun son həddi...

27.05.2025 / 20:44
Pezeşkian Bakıdan sonra İrəvana getmək qərarına gəldi...

27.05.2025 / 20:32
Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılır

27.05.2025 / 20:18
İslamofobiyaya qarşı dövlətlərin gücü birləşdiriləcək - Azərbaycan çağırış etdi...

27.05.2025 / 20:04
Qərbi Zəngəzurda Ermənistan dalbadal xarici konsulluqlar açır - nə baş verir?

27.05.2025 / 19:53
Mixeil Kavelaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

27.05.2025 / 19:51
Paşinyanın taleyi Azərbaycanla sülh müqaviləsindən asılı vəziyyətə düşür...

27.05.2025 / 19:50
Macarıstanın Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

27.05.2025 / 19:50
Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

27.05.2025 / 19:48
Andjey Duda Prezident İlham Əliyevə təbrik ünvanlayıb

İnternet Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni mərhələ açıb

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678