"İrəvanın BCM-də iştirakı Rusiya ilə münasibətlərə zərər vurur" - Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər verir.
Diplomat qeyd edib ki, Rusiyanın BCM-yə, Ermənistanın bu quruma qoşulmasına münasibəti hamıya eləcə də ermənilərə yaxşı məlumdur.
"Təəssüflə qeyd etməliyik ki, Haaqada bir sıra Rusiya rəsmilərinə qarşı verilmiş kvazi-həbs orderləri fonunda İrəvanın Roma Statutunda iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər verir", - deyə o bildirib.
Zaxarova qeyd edib ki, bu zərər təkcə simvolik deyil, həm də praktikidir: "Əgər Ermənistanın BCM ilə əməkdaşlığı, həqiqətən də, müəyyən beynəlxalq hüquq normalarının möhkəmlənməsinə kömək edə bilərdisə, bunu başa düşmək və alqışlamaq olardı, lakin bu yalançı məhkəmənin iki onillik ərzindəki fəaliyyəti əksini göstərir, BCM məşğul olmağa çalışdığı heç bir münaqişənin həllinə kömək etməyib".
ZÜMRÜD