Çərşənbə günü, 23 iyul 2025
     

İrəvan yola gəlmir, Rusiya Ermənistanı AİB-dən qovmalı olacaq...

Image

Rusiyanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan bu ölkəni Qərbə dəyişməkdə israrlı görünür. Hesab edilir ki, bu gedşlə tərəflərin münasibətləri güc müstəvisində çözüləcək. Bunu Ermənistanın "Joxovurd" qəzeti də xüsusi olaraq vurğulayır. 

Qəzet konkret nümunə kimi qeyd edir ki, bir müddət əvvəl Ermənistan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyasının iclası baş tutub. Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Dilican bölgəsində keçirilən görüşdə gərginlik yaşanıb. 

Qeyd edilir ki, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan və Rusiya Federasiya Şurasının üzvü Yuri Vorobyovun iştirakı ilə baş tutan görüşün əsas məqsədi Moskva ilə İrəvan arasında münasibətlərin bərpası olub. Lakin müzakirə gözlənildiyinin əksinə qalmaqallı keçib. Belə ki, bəzi rus deputatlar həbs olunma ehtimalına görə Ermənistana gəlməkdən imtina ediblər. Roma Statunu ratifikasiya etməsi səbəbindən İrəvanın görüşdən öncə Rusiya tərəfinə təminat verməsi gözlənilib. Lakin Ermənistan ölkəyə gələcək şəxslərin həbs olunmayacağına dair hər hansı məlumat verməyib. Bu səbəbdən Rusiya Dövlət Dumasının nümayəndələrinin bir qismi görüşdən imtina ediblər. Dilicanda müzakirə zamanı bu mövzunun gündəmə gətirildiyi və qalmaqal yaşandığı bildirilir. Məlumata görə, İrəvanın bu addımı Dövlət Dumasının üzvlərini qəzəbləndirib. Rusianın "dzen.ru" nəşri isə qeyd edir ki, Ermənistan Kremlin yanaşmasını görməzlikdən gələrək, Qərbə doğru hərəkətini davam etdirir. 

Nəşrə görə, baş nazir Nikol Paşinyan bəyan edib ki, o, Avropa İttifaqına daxil olmaq üzrə referendumun keçirilməsi ideyasının tərəfdarıdır, plebisit və Avropa inteqrasiyasına qarşı əks arqumentləri məntiqsiz hesab edir: "Ermənistan hökumətinin başçısı Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib: "Biz parlamentdəki fraksiyamızda belə bir qərar vermədik, amma mən Avropa Parlamentinə getdim və yaxınlaşmağa hazır olduğumu bildirdim. Ona görə də Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinə qarşı olmağın heç bir siyasi məntiqi yoxdur. Aİ ilə yaxınlaşma ilə bağlı ictimai konsensusun olduğunu söyləməyə cəsarət etməyəcəyəm, amma şübhəsiz ki, ictimaiyyətdə müsbət münasibət var. Belə çıxır ki, mən o Aİ gündəmini təklif etmişəm". Biz burada Paşinyanla razılaşa bilmərik və bir çox ekspertləri, daha doğrusu, saxta ekspertləri eyni şeydə ittiham etmək olar. İrəvanın Brüsselə yaxınlaşması ideyası yeni deyil, Ermənistan 1996-cı ildən Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq sazişinə malikdir və 2009-cu ildə ermənilər açıq şəkildə anti-Rusiya xarakteri daşıyan Şərq Tərəfdaşlığına dəvət olunublar. Hətta 2013-cü ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması heç də "Rusiyanın qələbəsi" deyildi. Ölkənin o vaxtkı "rusiyapərəst" hakimiyyət nümayəndələri həm Kremli, həm də Avropa bürokratiyasını şantaj edərək, iki kresloda oturmağa çalışırdılar. Nəticədə AİB-ə üzvlük var idi və Aİ ilə müəyyən dərəcədə assosiativ, lakin müəyyən nüanslarla saziş imzalandı". 

Bu vəziyyətdə Respublika Partiyasının icra orqanının üzvü Eduard Şarmazanov "Qraparak" nəşrinə bildirib ki, Paşinyan ölkəni Rusiya ilə qarşıdurmaya aparmaqla həm də uçuruma yuvarlayır:  "Bunu özü də bilir. O səbəbdən Paşinyan KTMT-dən çıxdığını elan etmir. Birinci səbəb sosial-iqtisadidir. Paşinyan yaxşı bilir ki, KTMT-dən çıxsa, AİB-ə üzv olmaq mümkün olmayacaq. Rusiya bunu bir neçə dəfə açıq şəkildə bəyan edib, lakin Paşinyana deyirlər ki, yalnız AİB bazarı sayəsində o, hələ də pensiya və maaşları ödəyə bilər. Təsəvvür edin, AİB Ermənistana "Əlvida!" desə nələr olacaq. Erməni konyakını, kənd təsərrüfatı məhsullarını, transferləri, işçi qüvvəsini, hara satacaqlar? Ucuz qazı haradan tapacaqlar?.   Mən çox aydın və emosiyasız deyirəm: Ermənistanın Rusiyadan etibarlı müttəfiqi olmayıb və ola da bilməz, lakin siz vassal yox, müttəfiqinizə layiq olmalısınız". Amma onun sözlərinə görə, İrəvan bunu bacarmır, Qərbin diqtəsi ilə hərəkət edir. Bunu  erməni ekspert Tiqran Köçəryan da təsdiq edir. Onun sözlərinə görə, Gürcüstan kollektiv Qərbin tələblərini yerinə yetirməyə davam etsə və ya çalışsa, Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq: "Qərb bütün mümkün ocaqları partlatmağa və Rusiya üçün başağrısı yaratmağa çalışır. Yəni elə bir vəziyyət yaratmağa çalışırlar ki, yanvarın 30-dan sonra Tramp istəməsə belə, ABŞ dərin dövlətinin maraqlarının tələb etdiyi addımları atmağa məcbur olsun". Köçəryan bildirib ki, Ermənistan müxalifətində ABŞ səfirliyindən təlimat alan casuslar və agentlər var, onları təmizləmək lazımdır: "Müxalifət ən isti anda ABŞ səfirliyindən təlimat alan, hərəkatı parçalamağa başlayan casusları və agentləri, yaramazları təmizləməlidir". Digər erməni politoloq Suren Surenyantsın  sözlərinə görə, aydındır ki, Ermənistan-Rusiya münasibətlərində mövcud böhran, KTMT-yə qarşı erməni demarşı yalnız Ermənistanın təhlükəsizlik sistemini daha da həssas edir, xüsusən də Ermənistan Qərb tərəfdaşlarından heç bir alternativ təklif almayıb. Surenyants qeyd edib ki, Rusiyanın Qafanda konsulluğunun açılmasını Ermənistan hakimiyyətinin ləngitməsini primitiv anti-Rusiya addımı hesab edir. O bildirib ki, Ermənistan hakimiyyətinin anti-Rusiya oyunu Qərbə inandırıcı görünmür, bundan yalnız Ermənistan əziyyət çəkəcək.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910