Tramp yanvarda müharibəni bitirəcək? - Zelenski ümidlidir...
Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Ukrayna ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında mühüm danışıqlar onun andiçmə mərasimindən sonra mümkün olacaq.
“Görüşlərin nə vaxt keçiriləcəyini bilmirəm, Bu, çox şeydən asılıdır – təkcə qrafiklərdən deyil, həm də görüşlərin keçirilməsinin legitimliyindən”, - deyə Zelenski qeyd edib.
Zelenski komanda səviyyəsində danışıqlar prosesinin davam etdiyini qeyd edib və vurğulayıb ki, indi bəzi qüvvələr Kiyev və Vaşinqton arasında möhkəm müttəfiqliyin qarşısını almağa çalışır. V.Zelenski vurğulayıb ki, Ukraynanın gələn il müharibəni bitirmək üçün hər cür şansı var, yeni ABŞ prezidentindən müharibəni bitirmək planı ilə bağlı yeni təkliflər eşitmək lazımdır. Zelenski bunun yanvarda mümkün olacağını qeyd edib.
Mətləb