Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və Heyətin üzvü Bakıya gəlib - FOTO
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyət üzvü Jelka Tsviyanoviç noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycan Respublikasına gəliblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.