Həkimlərin problemləri var, ancaq ölkədə əsla həkim problemi yoxdur, cənab deputatlar!
"Bu artıq dözülməzdir. Sosial məsələlər üzrə bir ekspert ortaya bir " şar atıb",məmurlar, deputatlar bir- birinə qarışıblar.
Hamı deyir Azərbaycanda həkim çatışmır və həkimlər kütləvi şəkildə xaricə axışırlar.Giya elə xarici ölkə rəsmiləri və ya iş adamları sərhədlərdə ayaq üstdə dayanıb gözləyirlər ki, Azərbaycanlı həkimlər kütləvi şəkildə sərhəddi keçsin və onları göydə qapıb öz klinikalarına aparsınlar"...."
Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində paylaşıb. A. Quliyev yazır: "Ən acınacaqlısı budur ki, ortaya "şar kimi" atılmış "faktdan" hətta bəzi millət vəkilləri də bərk- bərk yapışaraq parlamentdə müzakirə açırlar. Bəli, mən də bilirəm ki, ölkədə həkimlərin problemləri var və bir sıra insanlar xarici ölkələrə köçürlər. Ancaq ölkədə əsla həkim problemi yoxdur. Həkimlərin problemləri iləsə məhz deputatlar məşqul olmalıdır, nəinki bir ekspertin atdığı "şardan" yapışıb çıxışlar etmək. Məsələn, elə bu deputatlar həkimlərin maaşlarının dünya normativlərinə uyğunlaşdırmaq məsələsini qaldıra bilməzlər?! həkimlərə "dövlət qulluqçusu" statusu verilməsinin mərhələ - mərhələ həllinə nail olunmasını sona qədər döyə bilməzlər?! Vətən müharibəsində həlak olmuş və ya fədakarlıq göstərmiş bir həkimə Milli Qəhrəman adı niyə verilməsin?! Bu ölkənin ağır pandemiya yükünü ölümün gözünə kişi kimi baxa- baxa aparanların biri elə həkimlər olmadı? Məhz bu istiqamətdə böyük əməyinə görə bir həkim Əməkdar həkim adı aldı? Yox...
Deputatlar bunu qaldırsınlar, daha Azərbaycandan köçüb gedən həkimlərin sayını çıxarmasınlar.Bunu etməyəndə ,spikerdən həmin tutarlı cavabı alırlar...Spiker konkret faktlar istəyəndə cavabsız qalırlar. Dönüb spikerə necə desinlər ki, konkret faktlar bizdə deyil, QHT nümayəndələrindədir ...
Ekspertlər (?) həkimlərin ölkədən getdiyi barədə fikir söyləyənə qədər bu məsələ deputatların (?) yadına niyə düşmürdü?...
Suallar, suallar....."
Mətləb