Banqladeş Prezidenti COP29-da iştirak edəcək
Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək.
Bu barədə Banqladeşin Azərbaycana yeni təyin olunan səfiri Amanul Haqın Prezident İlham Əliyevlə görüşündə bildirilib.
Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq, Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğuladı, ona fəaliyyətində uğurlar arzulayıb..
COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.