Bu ölkədə sənədsiz miqrantlara tibbi yardım göstəriləcək
İsveçin Vestra Hötaland bölgəsində sənədsiz miqrantlara tibbi xidmət göstərmək üçün yeni təşəbbüs həyata keçirilir. Bölgə ilə iki xeyriyyə təşkilatı – “Rosengrenska Fondu” və Qırmızı Xaç arasında tərəfdaşlıq çərçivəsində ölkədə qeyri-qanuni olaraq qalan miqrantlara lazımi tibbi yardım göstəriləcək.
“Rosenqrenska Fondu”nun məlumatına görə, Höteborqda hər iki həftədən bir keçirilən qəbullara Yaxın Şərq və Balkan ölkələrindən olan miqrantlar müraciət edir. 2023-cü ildə xəstələrin əksəriyyəti İran, İraq, Əfqanıstan, Bosniya və Herseqovina, Serbiya və Albaniya vətəndaşları olub. Vestra Hötaland bölgəsi ilə yeni tərəfdaşlıq və 2,5 milyon kron (təxminən 250 min dollar) illik büdcə sayəsində sənədsiz miqrantlara yardım genişləndiriləcək.
Mətləb