Zelenski Ağ Evi məxfi danışıqları mətbuata sızdırmaqda ittiham etdi - Bunu necə başa düşək?..
Ukrayna prezidenti Zelenski Kiyevin Ağ Evlə görüşlərinin məxfiliyini itirdiyini bildirib. Zelenski bu açıqlamanı, Qərb mediasında Ukrayna liderinin “qələbə planı”nda Kiyevə “Tomaqavk” raketlərinin verilməsi tələbinin də yer alması ilə bağlı dərc olunan yazılardan sonra verib.
Zelenski Şimali Avropa ölkələrinin aparıcı media qurumları ilə görüşündə deyib: “İndi mediada baş verənlərə baxın: Ukraynanın “Tomaqavk” kimi çoxlu sayda raket almaq istədiyini yazdılar. Lakin bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Bunu necə başa düşək? Bu, tərəfdaşlar arasında gizli heç nəyin olmadığını göstərir”.
Qeyd edək ki, “The New York Times” mənbələrə istinadən, Zelenskinin “qələbə planına” ABŞ istehsalı olan “Tomaqavk” raketlərinin tədarükünün də daxil edildiyini bildirən xəbər dərc edib. Amerika rəsmiləri isə bu tələbi “tamamilə qəbulolunmaz bir tələb” kimi qiymətləndiriblər. Mənzil baxımından “Tomaqavk” raketləri Ukraynanın 2024-cü ildə məhdud sayda ABŞ-dan aldığı ATACMS raketlərindən yeddi dəfə uzun mənzilə malikdir. “Tomaqavk”ın uçuş məsafəsi 2,5 min km-dir.
TAHİR