İrakli Kobaxidze müxalifətə səsləndi - seçkilərin nəticələrini qəbul edin!
Gürcüstanın baş naziri İrakli Kobaxidze müxalifət nümayəndələrini ölkədə keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyə çağırıb. “Mən müxalifəti Mərkəzi Seçki Komissiyasının açıqlayacağı seçkilərin nəticələri ilə barışmağa və qəbul etməyə çağırıram”, - deyən Kobaxidze jurnalistlərə bildirib ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası əhalinin 60 faizinin dəstəyinə malikdir.
Şənbə günü səhər saatlarında Kobaxidze Tbilisidəki seçki məntəqəsində səs verib: “Biz özümüzə bir daha xatırlatmalıyıq ki, bu seçkilər referendumla müəyyən edilən ən fundamental, həlledici seçkilərdir”.