Botanika İnstitunda keçirilən forumda mühüm təklif irəli sürülüb...
Botanika İnstitunda "Bioloji müxtəlifliyin mühafizəsi: Botanika, Ekologiya və Yaşıl Şəhərlər" mövzusunda forum keçirilib. İnstitutdan baki-xeber.com-a verilən məlumata görə, Botanika İnstitunda keçirilən forumda ölkəmizdə və dünyada təbiəti qorumaq üçün faydalı, elmi əsaslara və beynəlxalq hüquqa söykənmiş ideya və təklif səslənib.
Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva qeyd edib ki, əgər COP29 çərçivəsində “Müharibə gedən ölkələrdə ekosistemlərə dəyən ziyanın qiymətləndirilməsi və bərpası ittifaqı” yarada bilsək beynəlxalq səviyyədə elmi tədqiqatlar aparıb qiymətləndirmələri həyata keçirə bilərik. Forum iştirakçıları yekdiliklə bu fikiri dəstəkləyiblər.
İradə SARIYEVA