KÖHNƏ VERSİYA            

ABŞ noyabrda xaosa qərq ola bilər...

Image

ABŞ prezident seçkilərinə iki həftədən də az qalmış bir vaxtda Donald Tramp o yox, Kamala Harris qalib elan olunacağı təqdirdə nəticələri tanımayacağına eyham vurur. Respublikaçı namizəd tərəfdarlarının mitinqində bildirib ki, Demokratlar səsvermənin nəticələrini saxtalaşdırmağa hazırlaşır. Dolayısı ilə seçkinin nəticəsinin məhkəmələrdə, hətta bəlkə də küçə qarşıdurmalarında həll olunacağı ehtimalı artıb.

Dörd il əvvəl baş verən hadisələrin bu il təkrar oluna biləcəyi ehtimalı Trampın Cozef Baydenin qələbəsini hələ də tanımadığı, onu saxtakarlıqda ittiham etməsi fonunda artır. Eks-prezidentin yaxın keçmişin acı təcrübəsindən heç bir ibrət dərsi almadığını və onu təkrarlamağa hazır olduğunu söyləmək üçün birbaşa əsas var. Məsələ burasındadır ki, dörd il ərzində heç bir məhkəmədə saxtakarlığı sübut edə bilməyən Tramp yenə də inadla 2020-ci ildə Baydenin deyil, özünün qalib gəldiyini israr edir. Hazırkı prezidentlə yaddaqalan iyun debatında o, rəqibinin qələbəsini yalnız “ədalətli, qanuni və düzgün seçkilər olacağı təqdirdə” tanıyacağını söyləyib. Trump və Harrisin yarışında da 4 il əvvəl olan mənzərə meydana çıxa bilər. Tramp Şimali Karolina ştatının Qrinvil şəhərində tərəfdarlarının mitinqində çıxış edərkən bildirib: “Heç eşitmisinizmi ki, kimin kimə səs verməsi önəmli deyil, önəmli olan səsləri kimin saymasıdır? Təəssüf ki, biz buna imkan verə bilmərik. Biz bunu dayandırmalıyıq”. Onunla bərabər tribunada partiyanın idarə orqanının rəhbəri, Respublikaçılar Milli Komitəsinin sədri Maykl Uetli də olub. Ona tərəf dönən Tramp açıq şəkildə soruşub: “Yaxşı, onlar aldadırlar, elə deyilmi, Maykl? Axı onlar çalışırlar. Ancaq onlar bundan xilas ola bilməzlər, elə deyilmi?”. Maraqlıdır ki, Tramp mitinqdəki çıxışında Kaliforniyada saxtakarlıq ola biləcəyini diqqətə çatdrmaq istəyib. Respublikaçıların güclü olduğu bölgələr olsa da, bu ştat Demokratların qalası hesab olunur. Onsuz da hər seçkidə burada onlar qalib gəlirlər. Bu il onların namizədi Kaliforniya əsilli Harrisdir. Harris məhz burada karyerasını qurub: ştatın baş prokuroru olub, sonra senator seçilib. Lakin Tramp Kaliforniyada saxtakarlığın olacağına inanır. Qrinvildə keçirilən mitinqdə o, bu fonda qeyd edib: “Kaş ki, Allah o ştatda aşağı enib səsləri sayaydı. Onda  hamı orada Demokratların deyil, Respublikaçıların qalib gələcəyini görə bilərdi”. Əvvəllər bir çox amerikalı ekspertlər hesab edirdilər ki, trampçıların əsas iddiaları dörd il əvvəlki ştatlarla, ilk növbədə Corciya ilə bağlı olacaq. Burada erkən səsvermənin ilk günü olan oktyabrın 15-də rekord qeydə alınıb: 328 min bülleten atılıb. Bu çox şeydir. Corciyada əvvəlki analoji rekord 2020-ci ildə olub və indikindən 2,5 dəfə az olub: 136 min erkən seçici. Həmin vaxt Tramp Baydenin xeyrinə saxtakarlıqdan şübhələndi və ştatda seçkilərin nəticələrinə etiraz etməyə çalışdı. Bunun indi də baş verməsi mümkündür. Üstəlik, Trampın Şimali Karolinada dediyi sözlər ən azı onun öz partiyasında dəstəklənir.

Sentyabr ayında keçirilən “World Justice Project” sorğusuna görə, Respublikaçıların təxminən yarısı (46%) Harrisin qalib elan ediləcəyi təqdirdə prezident seçkilərinin nəticələrini qəbul etməyəcəklərini bildirib. Üstəlik, onların 11%-i bu işdə hərəkətlə etiraz etməyə hazırdır. Bu, həm etirazlara, həm də məhkəmə iddialarına dəstəyə aiddir. Demokratlar daha sülhsevərdirlər. Onların yalnız 27%-i Trampın qələbəsini tanımaq fikrində deyil. Trampçıların Harrisin ədalətli şəkildə qalib gələ bilməyəcəyinə olan inamı son günlərdə daha da güclənib. Sosioloqların son məlumatlarına görə, onun rəqibi ilə fərqi getdikcə azalır. Son 10 sorğuya görə, Harris Trampı orta hesabla cəmi 0,8% qabaqlayır. Praktik olaraq heç bir şey deyil. Bir sıra nəşrlər Trampın seçki kampaniyasının məlumatlarına istinad edərək, Harrisin qələbəsi halında artıq öz hərəkətləri üzərində düşündüyünü bildirir. Əvvəlcə məhkəməyə, sonra səsvermənin nəticələrini təsdiqləməməsi üçün Konqresə müraciət olacaq. “Politico” nəşri bunlar fonunda qeyd edir ki, Donald Tramp nəinki uduzduğu seçkinin nəticələrini ləğv etmək üçün ikinci cəhd edə bilər, həm də müttəfiqləri ilə birlikdə  artıq bunun üçün zəmin yaradır. Amma Kamala Harrisin qələbəsini ləğv etmək üçün ştatların qanunverici orqanlarında və Konqresdə Respublikaçı güc oyunçularından əhəmiyyətli yardım tələb olunacaq.

Trampın Amerika demokratik sistemindəki boşluqlardan istifadə etmək cəhdi də Konqresdəki Demokratların narahatlığına səbəb olub. Tramp 2024-cü il yarışına 2020-ci ilin nəticələrini alt-üst etmək cəhdinin dərsləri ilə daxil olur. Onun hakimiyyəti bərpa etmək həvəsi, ehtimal ki, həmişəkindən daha güclüdür: uduzsa, Tramp bir ömür boyu davam edə biləcək bir çox cinayət işi ilə üzləşəcək. Qalib gəlsə, onların yox olma ehtimalı var. Dörd il əvvəl Trampın yolunda dayanan bir çox məmur vəzifəsindən kənarlaşdırılıb və ya istefaya göndərilib, yerinə Trampı dəstəkləyən daha uyğun varislər gətirilib. Bu arada, seçki məmurlarına qarşı təhdidlər və vətəndaş iğtişaşları ilə bağlı narahatlıqlar artıb. Ola bilsin ki, Tramp və müttəfiqləri onun məğlubiyyətini aradan qaldırmaq üçün birgə səy göstərməsinlər. Harrisin inandırıcı qələbəsi Trampın Respublikaçıları öz tərəfinə çəkməsini çətinləşdirəcək. Amma ümumilikdə seçki müşahidəçiləri və hətta Trampın bəzi müttəfiqləri bir iş prinsipi üzərində razılaşırlar: seçki gecəsi, nəticələrin nə göstərməsindən, neçə səsin sayılmamış qalmasından asılı olmayaraq, Donald Tramp qalib olduğunu elan edəcək. Oradan o, seçki nəticələrini ləğv etmək və Ağ Evi ələ keçirmək üçün riskli, lakin ağlabatan plana başlaya bilər. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031