KÖHNƏ VERSİYA            

Ermənistandan yeni iddia - delimitasiyada SSRİ Baş Qərargahının xəritələri yetərli deyil...

Image

Akif Nağı: “Yenə də xəritə ilə bağlı həmin oyunbazlıqları davam etdirirlər”

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan hesab edir ki, SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının xəritələri Ermənistanla Azərbaycan arasında delimitasiya prosesində istifadə olunacaq yeganə xəritələr deyil.

“Armenpress” xəbər verir ki, bunu Qriqoryan Milli Assambleyada sərhədlərin delimitasiyası komissiyalarının iş qaydalarını müzakirə etdikdən sonra jurnalistlərlə söhbətində deyib.

Qriqoryan qeyd edib ki, SSRİ Baş Qərargahının xəritələri 1974-1978-ci illərdə tərtib edilib, 1979-cu ildə xidmətə başlayıb, yəni qüvvəyə minib.

"Lakin bu xəritələr, məncə, delimitasiya prosesində istifadə olunacaq yeganə xəritələr deyil, çünki bu xəritələrdə cavablandırılmayan suallar var", - Baş nazirin müavini bildirib.

Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr Komitəsinin iclasında Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının birgə fəaliyyətinin reqlamentinin müzakirəsi zamanı deputatların suallarını cavablandıran baş nazirin müavini bildirib ki, 1976-cı ilin xəritəsi sərhədin yalnız Tavuş hissəsinə, 1978-ci il xəritəsi isə Sünik bölməsinə aiddir.

Qriqoryan   daha hansı xəritələri nəzərdə tuta bilər?

“Ola bilər ki, məsələni uzatmaq üçün yeni bir “variantları” var”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “ermənilər xəritə amilindən müəyyən manipulyasiyalar üçün istifadə edirlər. Məlum olduğu kimi, onlar uzun müddət 1974-cü, 1975-ci, 1978-ci il hərbi xəritələri üzərində təkidlə dayanırdılar ki, proses o xəritələrin əsasında həyata keçirilsin. Özlərinin də qeyd etdiyi kimi, 1974-cü ildən 1978-ci ilə qədər SSRİ Silahlı Qüvvələrinin Baş Qərərgahı tərəfindən xəritələr tərtib olunub, 1979-cu ildə təsdiq olunub və onlardan istifadə olunur. Onları əsas kimi götürürlər ki, ortada o xəritələr olmalıdır. Onların orada müəyyən məqsədləri vardı. Eyni zamanda SSRİ rəhbərliyi tərəfindən o xəritələrdə qərəzli mövqe də öz əksini tapa bilərdi, ermənilər o xəritə ilə tanışdırlarsa, həmin xəritələrdə reallıq nəzərə alınmayıb. Bundan Azərbaycan tərəfinə də bir təzyiq vasitəsi kimi istifadə edirdilər.  İndi Rusiyadan bir qədər uzaqlaşmağa cəhd göstərirlər, Qərbə doğru gedirlər. Ola bilər ki, məsələni uzatmaq üçün yeni bir “variantları” var. Yəni bütövlükdə ermənilərin məsələlərə yanaşması əsl nəticəyə nail olmaq deyil, proses görüntüsü yaratmaqdır. Görüntü yaratmaq istəyirlər ki, guya proses gedir, amma nəticə yoxdur”-deyə bildirdi. 

A.Nağının sözlərinə görə, Ermənistan tərəfin əsas xətti görüntü yaratmaqdan, prosesi ləngitməkdən ibarətdir, bu səbəbdən də xəritə oyunundan tez-tez istifadə edirlər. “İndi də hansısa başqa xəritələrdən danışırlar. Ümumiyyətlə, keçmiş SSRİ-nin hərbi strukturlarının hazırladığı, qəbul etdiyi xəritələr nə dərəcədə hamı tərəfindən qəbul oluna bilər? Bu SSRİ deyilən imperiya görüntü xatirinə kağız üzərində müstəqil respublikaların birliyi idi. SSRİ-nin hərbi rəhbərliyi tərəfindən təsdiq olunan xəritələr  Azərbaycan, yaxud da başqa bir respublika üçün nə dərəcədə məcbur ola bilər? Çünki Azərbaycanın bu birliyin içərisində ən azından kağız üzərində özünün hüquqları, konstitutsiyası vardı. Moskva, onun hərbi strukturları və digər qurumları tərəfindən hər hansı bir xəritə qəbul olunurdusa, ən azından o, Azərbaycan tərəfindən təsdiq olunmalı, keçmişdə mövcud olan Ali Soveti onu radifikasiya etməli idi. Təsiq olunmayıbsa o xəritələrin  hüquqi və başqa gücü yoxdur. SSRİ-nin həmin strukturları özlərinin istifadə etməsi üçün o xəritəni hazırlaya bilərdilər. Ümumiyyətlə, hərbi xəritələrdə çox məsələlər nəzərə alınmır, onlar müəyyən hərbi hissələrin yerləşməsi, mövqe baxımından zərbələrin qarşısını almaq, gizli və açıq hərbi bazaların yerləşdirilməsi baxımından həmin xəritələr hazırlanıb. Məsələnin bu tərəfi var. Görünür, ermənilər bunu başa düşürlər və hərbi xəritələrin əsas götürülməsinin o qədər də legitim olmadığını anlayırlar, başqa “variantlar” fikirləşirlər. Bir variant bu ola bilər. İkincisi, onlar yeni xəritə məsələsini ortaya atırlarsa və açıqlamalarında da göstərirlər ki, guya Zəngəzurla bağlı bir xəritəni, Tavuş dedikləri bölgə ilə əlaqədar da başqa xəritəni əsas götürürlər. Nəticədə yenə də xəritə ilə bağlı həmin oyunbazlıqları davam etdirirlər.    

Bu məsələlərlə əlaqədar Azərbaycanın mövqeyi aydındır, bizim ölkənin də təklifləri var. Azərbaycanın verdiyi ən vacib təklif ondan ibarətdir ki, SSRİ-nin tərkib hissəsinə hər bir müttəfiq ölkə hansı xəritə, hansı ərazi ilə daxil olubsa SSRİ dağılanda da o ərazi ilə çıxmalıdır, o əraziyə qane olmalıdır. Bu bir reallıqdır. 1922-ci ildə Zaqafqaziya Federasiyası deyilən qurumun tərkibində Azərbaycan, Gürcüstan və Ermənistan SSRİ tərkibinə daxil oldular və həmin dövrdə, tam dəqiq olmasa da, müəyyən şərti sərhədlər vardı. Həmin dövrün xəritəsinə görə, Ermənistanın ərazisi 10 min kvadrat kilometrdən artıq deyildi. Yəni Ermənistan SSRİ-yə 10 min kvadrat kilometr ərazi ilə daxil olub.  Ondan sonrakı dövrlərdə Azərbaycanın əraziləri hesabına Ermənistanın ərazisi 29, 8 min kvadrat kilometrə qədər çatdırılıb. O artıq ərazilərdən Ermənistan könüllü şəkildə imtina etməlidir. O ərazilərin böyük əksəriyyəti Azərbaycan ərazisidir, kiçik bir hissəsi isə SSRİ rəhbərliyi tərəfindən Gürcüstandan qoparılıb Ermənistana verilib.

Azərbaycanın yanaşması bundan ibarətdir və obyektiv bir yanaşmadır. Ona görə də ermənilər özlərini dağa-daşa vurmasınlar, xəritə oyunlarına son qoysunlar və Azərbaycan hansı dərəcədə, hansı çərçivədə güzəştə gedirsə o güzəştlər daxilində də məsələ həllini tapmalıdır. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, o vaxt ədalətsiz olaraq SSRİ rəhbərliyi tərəfindən Azərbaycanın əraziləri Ermənistana verilib. Bu ərazilər Azərbaycan əraziləridir. Hansısa formada Azərbaycanın haqqı həmin ərazilərdə tanınmalıdır. Birinci növbədə Qərbi Zəngəzurla bağlı məsələ həllini tapmalıdır. Dünya qanunlarına, konvensiyalarına zidd olaraq, haqsız şəkildə Zəngəzurun yarısı kəsilərək Ermənistana verilib. Qərbi Zəngəzurda Azərbaycanın haqqı təmin olunmalıdır. İrəvan da daxil olmaqla, bütövlükdə Ermənistan ərazisi Azərbaycan torpaqlardır. İrəvanla bağlı şəxsi mövqeyim bundan ibarətdir ki, İrəvana xüsusi status verilməlidir. Çünki dünya təcrübəsində belə bir məsələ var ki, müəyyən mübahisəli şəhərlərə belə statuslar verilir. Məsələn, Strasburq Almaniya ilə Fransa arasında həmişə mübahisəli şəhər olub. Bu şəhər xüsusi bir statusda Fransanın tərkibində qalır, amma Almaniyanın da bu şəhərə müəyyən səviyyədə, müəyyən çərçivə daxilində haqqı tanınır. İrəvanda da Azərbaycanın ən azından tarixi və hüquqi haqqı tanınmalıdır. Bunun beynəlxalq hüquq normalarına uyğun formaları var. Azərbaycan Ermənistan deyilən ölkə qarşısında bütövükdə  Azərbaycan torpaqlarının qaytarılması məsələsini qoymalıdır. Amma indi sərhədlərin dəyişdirilməsi ilə bağlı müəyyən konvensiyalar var, 1974-cü il ATƏT-in yekun sənədi mövcuddur, dünya dövlətlərinin imzaladığı bir sənəddir. Həmin sənəddə sərhədlərin toxunulmazlığı məsələsi əsk olub. Onları nəzərə alaraq, Azərbaycan müəyyən mənada güzəştə gedir. Amma ilk addım olaraq iki ərazi - Qərbi  Zəngəzur və İrəvan şəhəri ilə bağlı Azərbaycanın haqlı mövqeyi qəbul olunmalıdır, Ermənistan məsələni başa düşməlidir. Məsələ bu şəkildə həllini tapmalıdır. 

Başqa xəritələrdən danışırlar. Ermənistan tərəf ortaya qoysun görək hansı xəritələrdən danışırlar? Saxtalaşdırılmış, təhrif olunmuş xəritələrdən başqa Azərbaycan istənilən xəritə ilə məsələni müzakirə etməyə hazırdır. Xüsusilə də təsdiq olunmuş xəritə ilə. Hesab edirəm ki,  o dövrkü Azərbaycan Ali Soveti tərəfindən təsdiq olunmuş istənilən xəritə ilə, istənilən sərhədlər daxilində Azərbaycan müzakirələri apara bilər”-deyə A.Nağı bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031