Fransa Yeni Kaledoniyada müstəmləkə əsarətini bir az da uzatdı…
Tural İsmayılov: “Kaledoniyada komendant saatının müddəti uzadılıb, bununla yanaşı..."
Fransa Hind-Sakit Okeandakı müstəmləkəsi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarının may ayında başlatdığı etiraz aksiyalarını yatırmaq üçün zorakılıqlarını davam etdirir. Məlumatlara görə, adada komendant saatı yenidən uzadılıb.
Adadakı Fransa Ali Komissiyasının açıqlamasına görə, Yeni Kaledoniyada silah satışı və istifadəsinin qadağan edilməsilə yanaşı, toplaşma və yürüş qadağası da davam edəcək. Saat 22.00-05.00 arası komendant saatının 4 noyabra qədər uzadıldığı bildirilib.
"Kaledoniyanın qanunverici hakimiyyətinə Fransa adamlarının gətirilməsi, qanunsuz qərarların verilməsi bir daha sübut edir ki, bu ölkə istismarçı siyasətini davam etdirir"
Fransanın Yeni Kaledoniyada müstəmləkə əsarəti ilə bağlı fikir bildirən siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanın bu gün Yeni Kaledoniyada həyata keçirdiyi neomüstəmləkəçilik siyasi ayıbı özündə ehtiva edir: "Bu ölkə beynəlxalq hüquq və qlobal insan haqları dəyərlərini kobud şəkildə tapdalayaraq Kaledoniyada istismar siyasətini davam etdirir. Kaledoniyada azadlıq fəallarının həbsinin davam etməsi və burada Fransanın öz agentlərinin qanunverici orqana təyin edilməsi düzgün deyil".
Ekspert onu da əlavə etdi ki, Yeni Kaledoniyada hələ də ağlasığmaz qadağalar tətbiq olunur. Bu günlərdə Kaledoniyada komendant saatının müddəti uzadılıb: "Bununla yanaşı, beynəlxalq hüquq normaları tapdalanaraq, Fransa tərəfindən məcburi şəkildə diqtə edilən bir sıra qərarları qanun şəklinə salmaq ordakı dəhşətli vəziyyətin hansı formada olduğunu göstərir. Kaledoniyanın qanunverici hakimiyyətinə Fransa adamlarının gətirilməsi, qanunsuz qərarların verilməsi bir daha sübut edir ki, bu ölkə istismarçı siyasətini davam etdirir. Təəssüf ki, Fransaya bu siyasətlə bağlı qarşı çıxan, etiraz edən inkişaf etmiş ölkə yoxdur. Nəticədə Fransa daha da ağırlaşır, ifrat qərarlar verir. Yeni Kaledoniyaya qarşı istismarın davam etməsi Fransa real mahiyyətinin nədən ibarət olduğunu dünyaya nümayiş etdirir".
Günel CƏLİLOVA