Ermənistan parlamenti sərhəd delimitasiyası komissiyalarının reqlamentini qəbul etdi
Ermənistan parlamenti “Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmiş iclasında qəbul olunub.
Qeyd olunub ki, 67 deputat qanun layihəsinin lehinə səs verib. Bitərəf və əleyhinə səs verənlər olmayıb.