Antoni Blinken İsraildə İrana qarşı mübarizəni müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken Tel-Əvivdə keçirilən görüşdə İsrailin müdafiə naziri Yoav Qalant ilə İrana qarşı mübarizəni müzakirə edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Blinken və Qalant “İran və onun nəzarəti altında olan qüvvələrin regionda gələcək təcavüzünün qarşısını almaq üçün səylər” barədə danışıblar. “Dövlət katibi İranın misli görünməmiş ballistik raket hücumuna cavab da daxil olmaqla, ABŞ-nin İsrailin təhlükəsizliyinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib”, - sənəddə deyilir.
Mətləb Salahov