“Beşinci kolon” Türkiyəni idarə edə bilməyəcək - Ərdoğandan AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) funksionerləri qarşısında çıxışı zamanı sərt fikirlər səsləndirib. Türkiyə lideri bazar günü ABŞ-da dünyasını dəyişən FETÖ terror təşkilatının lideri Fetullah Güleni “alçaq xain” və “Vətən xaini” adlandırıb.
“Bütün dünya Türkiyəyə xəyanət edənlərin sonunun şahidi oldu. Biz terrorçuların, quldurların və demokratiya düşmənlərinin qarşısında baş əymirik”, - deyə Ərdoğan bildirib. Dövlət başçısı vurğulayıb ki, xarici dairələr və “beşinci kolon” nümayəndələri Türkiyəni idarə edə bilməyəcəklər.
Mətləb Salahov