KÖHNƏ VERSİYA            

Qərbi Azərbaycan üzrə parlament komissiyasının rəhbərliyi barədə alternativ fikirlər var...

Image

Bu günlərdə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Qərbi Azərbaycan İcması fəal beynəlxalq fəaliyyət həyata keçirərək beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə tərəf kimi iştirak edir və Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini davamlı olaraq qaldırır. 

Ölkəmizə qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə, bu məsələni insan hüquqları müstəvisində tutarlı arqument kimi qəbul etməli olurlar.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məktubda Azərbaycan Respublikasının Milli Məclisində Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Qeyd olunub ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə, sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb.

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun yaradılması yaxşı bir hadisədir.

Bütün hallarda, Qərbi Azərbaycan məsələsinin strukturlaşdırılması, xüsusilə də o qərarda deyildiyi kimi, Qərbi Azərbaycan mövzusunun həm qanunvericilik müstəvisində, həm də parlament diplomatiyası müstəvisində irəlilədilməsinə yeni perspektivlər aça bilər. 

Amma daha yaxşı olmazdımı ki, Milli Məclisdəki o Təşəbbüs Qrupunun rəhbəri Qərbi Azərbaycan İcmasının özünün rəhbəri olmayaydı?

Yaxşı olmazdımı Milli Məclisdəki Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli yox, başqası olaydı? Bu, əlbəttə, onun qabiliyyətinə şübhə əlaməti deyil, o yaxşı deputatdır, yaxşı alimdir, amma həm də Qərbi Azərbaycan İcmasının rəhbəridir. Bu baxımdan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun  rəhbərinin başqa adam olması daha yaxsi olardı. Başqa bir Qərbi Azərbaycan kökənli deputat Təşəbbüs Qrupunun rəhbəri olsaydı o daha məqbul sayılardı, bu məsələ ilə məşğul olan iki strukturumuz olardı.

Qasım Hacıyev: “Məncə, bu qrupa rəhbərlik etməyin Əziz Ələkbərliyə həvalə edilməsi də çox düzgündür”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Milli Məclisdə belə təşəbbüs qrupunun yaradılması çox təqdirəlayiq bir haldır. “Ona görə ki, artıq qayıdışla bağlı iş başlanıb. Bu həm dövlətimizin, həm xalqımızın iradəsini, maraqlarını əks etdirən bir məsələdir. Çünki vaxtilə baş vermiş haqsızlıqları, ədalətsizlikləri aradan qaldırmaq, Azərbaycan türklərini Qərbi Azərbaycan ərazisinə qaytarmaq vacibdir. Qərbi azərbaycanlılara zülm edilib. Biri var didərgin, qaçqın, məcburi köçkün, biri də var zorla deportasiya edilənlər. Bunlar deportasiya edilmiş, öz torpaqlarından zorla çıxarılmış adamlardır. Onların həm tarixi, həm də hüquqi əsası var ki, o torpaqlara qayıtsınlar. Əgər müasir dövrdə beynəlxalq qanunlar, təşkilatlar onlarla bağlı ədalətli mövqe tutsalar, soydaşlarımız öz tarixi yurdlarına, ata-baba ocaqlarına qayıtmalıdırlar. 

O ki qaldı Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılmasına, bu çox müsbət haldır. Məncə, bu qrupa rəhbərlik etməyin Əziz Ələkbərliyə həvalə edilməsi də çox düzgündür. Ona görə ki, Əziz Ələkbərli başqalarından fərqli olaraq illərdir ki, bu təbliğatla məşğul olur, bu da bir günə, beş günə ortaya gələn məsələ deyil. Dövlətimiz, dövlət başçımız bu məsələyə ona görə diqqət ayırdı ki, xalq bunu istəyir, xalqın da önündə gedən ziyalılar bu məsələdə həmişə fəal iştirak edib. O cümlədən də Əziz Ələkbərli bu istiqamətdə hər zaman aktiv olub. El dili ilə desək, yazıları, çıxışları, təbliğatı ilə bu yolda can qoyub. Bu məsələnin inkişafına, bu səviyyəyə gəlib çıxmasına töhfə verib. Həm Qərbi Azərbaycan İcmasının, həm də Təşəbbüs Qrupunun olması ayrı-ayrı strukturlar kimi görünsə də, amma məqsəd birdir. Fikrimcə, Əziz Ələkbərli bu işdə çox fəaldı, bütün imkanlarından istifadə edərək bu işə can yandırır. Hesab edirəm ki, onun bu qrupun da rəhbəri olması heç nəyə ziyan etməz, əksinə, xeyir edər. Çünki məqsədə doğru gedəndə onun ətrafındakılar da onunla birgə bu məqsədə qulluq etsələr məsələni axıra qədər irəli apara bilən bir şəxsdir. Mən ona inanıram. Hesab edirəm ki, Təşəbbüs Qrupuna da onun rəhbərlik etməsi çox yaxşıdır”-deyə Q.Hacıyev bildirdi.     

Mübariz Göyüşlü: “Düşünürəm ki, işlərin bölünməsi və daha çevik, effektiv qərarların qəbulu baxımından Hikmət Babaoğluna bu işi həvalə etmək olardı”

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlünün fikri isə belədir: “Hesab edirəm ki, Əziz Ələkbərlinin həqiqətən də çox bacarıqlı, savadlı, qabiliyyətli bir alim, ictimai xadim, deputat, hər zaman Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq bir şəxs kimi çox təqdirəlayiq fəaliyyətləri var. Biz bunun şahidi olmuşuq və oluruq da.  Qərbi Azərbaycan İcmasının formalaşmasında, təşkilatlanmasında, bu səviyyəyə gəlib çıxmasında da onun, təbiidir ki, əvəzsiz rolu var. Amma əlbəttə, bu proseslə bağlı Təşəbbüs Qrupunun rəhbərliyini başqa bir adama da həvalə etmək olardı. Yəni doğrudan da, istər Qərbi azərbaycanlılar, istər icmanın özündə, istərsə də Milli Məclisdə kifayət qədər Qərbi Azərbaycan mövzusunu bilən savadlı, peşəkar alimlərimiz, ictimai xadimlərimiz, siyasətçilərimiz var. Yəni o torpaq çox böyük ziyalılar yetişdirib. Bu gün də onlar var. Əziz müəllimin Qərbi Azərbaycan İcmasına rəhbərlik etmək kimi bir ağır işi də gördüyünü nəzərə alsaq, düşünürəm ki, Təşəbbüs Qrupuna rəhbərliyi başqa bir deputata da həvalə etmək olardı. Məsələn, mən millət vəkili Hikmət Babaoğlunun adını qeyd edə bilərəm. Düşünürəm ki, siyasətçi, jurnalist, elm-təhsil adamı, tədqiqatçı, professor, millət vəkili, ziyalı kimi Hikmət Babaoğlu bu yükü çəkə biləcək bir şəxsiyyətdir. Bunu işlərin bölünməsi baxımından qeyd edirik. Əlbəttə, biz nə Əziz Ələkbərlini Hikmət Babaoğlu, Hikmət Babaoğlunu da Əziz Ələkbərli ilə qarşı-qarşıya gətirib müqayisə etmirik. Sadəcə olaraq düşünürəm ki, işlərin bölünməsi və daha çevik, effektiv qərarların qəbulu baxımından Hikmət Babaoğluna bu işi həvalə etmək olardı. Bir tərəfdən Qərbi Azərbaycan İcması, bir tərəfdən də Təşəbbüs Qrupu bu şəkildə çalışa bilərdi”.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031