Qarabağda sülhməramlıların daha bir müşahidə məntəqəsi ləğv edildi
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti daha bir müşahidə məntəqəsini ləğv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bağlanan məntəqə Şuşa rayonu ərazisində olub.
Qurumdan bildirilib ki, sentyabrın 19-dan Rusiya sülhməramlılarının ümumilikdə 9 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
“Son sutka ərzində Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb”, - məlumatda qeyd olunub.
ZÜMRÜD