Bahalaşma Çini də "vurdu" - benzinin qiyməti yenə bahalaşdı...
Çində yanacağın topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb. Bu barədə Çin Milli İnkişaf və İslahat Komitəsi məlumat yayıb. Komitənin məlumatında deyilir ki, benzinin bir tonunun qiyməti 140 yuan (təxminən 20 ABŞ dolları), dizel yanacağının qiyməti isə 135 yuan (19 dollar) artırılıb.
Ölkənin neft emalı və satışı şirkətlərinə yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması tapşırılıb. Komitə yanacağın qiymət artımını dünya bazarında xam neftin qiymətinin dəyişməsi ilə əlaqələndirib.
Mətləb Salahov