Braziliya prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
Braziliya prezidenti Luis İnasio Lula da Silva COP29-da iştirak etmək üçün Azərbaycana gələcək. Bunu Trend-ə Braziliya Xarici İşlər Nazirliyinin İqlim, Enerji və Ətraf Mühit üzrə xüsusi nümayəndəsi Andre Korrea do Laqo Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransınıdan öncə keçirilən iclas (Pre-COP29) çərçivəsində deyib.
“Bildiyiniz kimi, Braziliya, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Dubayda keçirilən son COP konfransında mandat alan üç ölkədən ibarət qrup yaradır. Dünən Azərbaycan və Braziliya arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb”.
Onun sözlərinə görə, memorandum iki ölkə arasında əməkdaşlığı dərinləşdirməyə imkan verir.
Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.
Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.