Şənbə günü, 19 iyul 2025
     

Balakən gənclərinin əsas görüş və fəaliyyət mərkəzi – Gənclər evi

Image

...Qabaqçöl kəndində bir şəhid anası "Yoxsa, bizi unutdularmı", - deyə bədbinliyə qapılıb gözlərini qapıya dikəndə həyət darvazası döyülür və içəri əllərində gül-çiçəklə bir dəstə gənc daxil olur. Onlar şəhidin məzarını ziyarət edir, qəhrəmanımız haqqında növbəti layihələri üçün ətraflı məlumat toplayır, Vətən yolunda qurban getməyin fəzilətlərindən söhbət açır, özlərinin də həmin müqəddəs yolun davamçıları olacaqlarına and içirlər. Yaxud rayon mərkəzi xəstəxanasında müalicə alan Vətən müharibəsi qazisi darıxıb palatanın pəncərəsindən həyətə boylananda könüllülər ona baş çəkməyə gəlirlər. İgid əsgərin müalicəsi ilə maraqlanır, keçdiyi döyüş yolundan söhbətlərini dinləyir, tezliklə sağalaraq ayağa qalxacağı barədə inam yaradır, həyat və fəaliyyətlərində ona bənzəyəcəklərinə söz verirlər... 

Belə mənzərələrlə Balakəndə tez-tez rastlaşmaq mümkündür, çünki rayondakı Gənclər evinin əsas fəaliyyət istiqamətlərindən biri də "Qəhrəmanlarımızı tanıyaq" layihəsidir. Yeri gəlmişkən, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin bərpasında bu rayonun gənsləri də canlarını, qanlarını, vücudlarının bir parçasını qurban veriblər. Qürurla söyləmək olar ki, Balakənin 197 şəhidi var – onlardan 166 nəfəri Birinci Qarabağ müharibəsində, 30-u Vətən savaşında, biri isə antiterror tədbirlərində bu ali məqama yüksəlib. Yüzlərlə gənc Zəfər qazisi statusu daşıyır. Elə mərkəzin Vətənpərvərlik klubunun rəhbəri Osman Əliyev də Vətən müharibəsi iştirakçısıdır. 15 nəfərdən ibarət kollektivdə, eləcə də yüzlərlə könüllülər heyətinin sıralarında  digər qazilər və şəhid ailələrinin üzvləri də təmsil olunurlar. Əsası odur ki, həmin ünvanda həmişə qələbəlikdir, nəinki rayon, hətta bölgə gənclərinin toplantıları, müzakirələri, təklifləri, əməli fəaliyyətləri ilə müşayiət edilən əsl həyat qaynayır. Bütün bunlar isə mərkəz rəhbərliyinin dövlətin gənclər siyasətini məsuliyyətlə həyata keçirməsi, işgüzarlığı, təşəbbüskarlığı, öz həmyaşıdlarına qayğısından irəli gəlir.   

"Balakən Gənclər evi sosial xidmət müəssisəsi gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual səviyyələrinin yüksəldilməsi, bacarıqlarının artırılması, sağlam həyat tərzinin təbliği, milli vətənpərvərlik hisslərinin yüksəldilməsi və bir çox digər istiqamətlərdə töhfələrini verir. Eyni zamanda prioritet sahələrimiz istedadlı gənclərin aşkar edilməsi, onlarda məlumatlılığı artırmaq, müasir düşüncə tərzi formalaşdırmaq, sorğular əsasında daha yararlı olacaq mövzularda təlim, seminar, kursların davamlı təşkili, o cümlədən gənclərin sağlamlığının qorunması ilə əlaqədar və zərərli vərdişlərin yayılmasına qarşı keçirilən silsilə tədbirlərin, yarışların təşkilidir," qəzetimizə müsahibəsində qurumun direktoru Tale Şahverdiyev dedi. 

O bildirdi ki, Gənclər evinin tikintisinə 2008-ci ildə start verilsə də, tam şəkildə fəaliyyətə 2017-ci ildə başlayıb. Balakən şəhərinin Heydər Əliyev prospektində inşa olunmuş ikimərtəbəli binanın birinci mərtəbəsində mədəni-kütləvi tədbirlər və asudə vaxtın təşkili otağı, internet-klub, stolüstü oyunlar otağı, trenajor zalı, 35 nəfərlik kafe və digər xidməti otaqlar yerləşir. İkinci mərtəbədə isə gənclərin vətənpərvərlik tərbiyəsi və təlimlərin keçirilməsi üçün otaqlar, kitabxana, 45 nəfərlik konfrans zalı və sair vardır. 

"Gənclər evimiz bir çox yaddaqalan layihələrin təşəbbüskarı və təşkilatçısıdır. Bunlara misal olaraq, respublikadakı Gənclər evləri arasında təcrübə mübadiləsi məqsədi ilə həyata keçirilən "Gənclərin sosial təşəbbüsləri" festivalı, "Fındıq-fest", regionumuzun uğur qazanmış gənclərini ictimaiyyətə daha yaxından tanıtmaq, gənclərin yaradıcı və intellektual potensialının üzə çıxarılması və inkişafı, onların geniş şəkildə elmi, yaradıcı və intellektual fəaliyyətə cəlb edilməsi üçün reallaşdırılan "Uğurlu gənc" layihəsi, "Ölkəmizi tanıyaq və tanıdaq" devizi ilə təşkil olunan ölkədaxili turlar, aqrar sahəyə marağın artırılması, gənclərin məşğulluğunun təmini məqsədilə "Gələcəyin fermerləri" adlı layihə, gənclərin hərbi vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədi ilə görüş və diskussiyalar, düşərgələr, intellektual yarışlar, aksiyalar, fləşmoblar, kurs və dərnəkləri göstərmək olar", deyə - bayaqdan qonşu masada hansısa məsələni çözməyə çalışan Gənclər evinin metodisti Fuad Mikayılov, fəallar Mədinə Gerayeva və İsmayıl Məmmədov da söhbətimizə qoşulurlar. 

⁠Məlum olur ki, Balakəndəki Gənclər evi bölgədə yeganə bu tipli sosial xidmət qurumudur. Ümumiyyətlə respublika üzrə 32 Gənclər evi fəaliyyət göstərir. Hazırda tikilməkdə olanları da nəzərə alsaq, yaxın gələcəkdə belə mərkəzlərin sayı 36-ya yüksələcək. Təkcə bu il rayonun fəal gəncləri yerli və ölkəmiqyaslı təşkilat və müəssisələrlə onlarla müştərək layihə reallaşdırıblar. Müvafiq şəkildə uşaq və yeniyetmələrin sağlam böyümələri ilə əlaqədar rayon səhiyyə sistemi, narkotiklərə, digər zərərli vərdişlərə qarşı mübarizə hüquq-mühafizə orqanları, dini radikalizmlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə nümayəndəliyi ilə birgə və sair tədbirlər həyata keçirilir. Könüllülərlə iş üzrə koordinator - klub rəhbəri Fəridə Eminova: "Gənclərin gənclik enerjisi ilə əldə olunmuş geniş təcrübə və bacarıqlar qazanması istiqamətində hər il "Könüllü inkişaf" proqramına start verilir. 2024-cü il ərzində 60 gənc "Könüllü inkişaf" proqramını uğurla başa vurub. Ümumi statistikaya nəzər salsaq, 8 ay ərzində fəaliyyət göstərən kurs və dərnəklərdən 395 nəfər yararlanıb. Gənclərlə birlikdə 110-dan çox tədbir, seminar, təlim həyata keçirilmişdir".

Könüllülərdən Səadət Cerçiyeva, Zamin Yüzbaşıyev və başqaları dövlətimizin gənclərə qayğısı və bu yöndəki siyasətindən xeyli razıdırlar: "Ümummilli Liderimiz Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı imzaladıqları qanun və dövlət proqramlarının uşaq və gənclərin hərtərəfli inkişafının təmin edilməsində, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində mühüm əhəmiyyət daşıyır. Gənclərin fəallığının artırılması və hərtərəfli inkişafında, eyni zamanda onların respublikamızın hüdudlarından uzaqlarda da yaxşı tanınmalarında belə müəssisələrə böyük ehtiyac var. Burada yaradılmış nümunəvi şərait gənclərimizin intellektual potensialının, vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə, onların yeni texnologiyalara yiyələnmələrinə, habelə müxtəlif tədbirlərin, "dəyirmi masa"ların, təlimlərin keçirilməsinə xüsusi töhfə verir".

Mərkəzdə olduğumuz zaman metodist Lalə Orucova, klub rəhbərləri Hürü İbrahimzadə, Samirə Rüstəmova, Sona Xəmmədova və digərlərinin vəzifə borclarına böyük məsuliyyətlə yanaşdığı, könüllülərdən Xacay Əhmədiyeva, Ülvi Lətifo


v, Şəbnəm Osmanova, ⁠İsmayıl Eminov, ⁠Ləman Sadıqlı, Sehri Kazımova, ⁠Nəsimi Qarayev, Günel Qardaşovanın gənclərin yaxın dostları kimi tanındıqları vurğulandı.

Gənclər evinin rəhbəri Tale Şahverdiyev bildirdi ki, cari il ərzində qazanılan ən mühüm uğurlardan biri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azad Azərbaycan Televiziyası ilə birgə düzənlədikləri "Şən Gənc" layihəsinin yay düşərgəsində ən yaxşı mahnı kateqoriyası üzrə qalibin seçilməsidir: "Zəfər, azadlığa qovuşan şəhərlər, Suverenlik, Gənclər, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi, sair əlamətdar günlər geniş qeyd olunur. Balakən Gənclər evi gənclərin hərtərəfli inkişafı, vətənpərvər ruhda yetişdirilməsi üçün daim yardımçıdır. Bütün gəncləri müəssisəmizin xidmətlərindən yararlanmağa dəvət edirik!"


Qurban CƏBRAYIL

"Mədəniyyət" jurnalının redaktoru




VİDEO

SON XƏBƏRLƏR

19.07.2025 / 21:37
Prezident: "Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır"

19.07.2025 / 21:28
"Qarabağ və Şərqi Zəngəzur artıq cənnətin kiçik bir parçasıdır" - Prezident

19.07.2025 / 21:16
Azərbaycan Prezidenti: "Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir"

19.07.2025 / 21:15
Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verəcək...

19.07.2025 / 21:11
"Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var" - Prezident

19.07.2025 / 21:01
Prezident İlham Əliyev: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir"

19.07.2025 / 20:57
"Biz xarici investorları enerji sektoruna cəlb edirik" - Prezident

19.07.2025 / 20:50
Prezident: "Mən süni intellektdən istifadə etmirəm"

19.07.2025 / 20:39
Prezident İlham Əliyev: "İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik"

19.07.2025 / 20:32
"Azərbaycan və Ermənistana razılığa gəlməkdə kömək etmək səylərinə görə Prezident Trampa minnətdarıq" - Prezident

19.07.2025 / 20:28
Azərbaycan Prezidenti qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb

19.07.2025 / 20:17
Prezident Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirdi

19.07.2025 / 20:10
Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadaladı

19.07.2025 / 19:59
"Cənubi Qafqaz sabit məkan olacaq" - Prezident İlham Əliyev

19.07.2025 / 19:56
Prezident Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqladı

19.07.2025 / 19:49
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda iştirak edib - FOTO

19.07.2025 / 19:41
"Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır" - Prezident

19.07.2025 / 19:23
"Biz indi beynəlxalq səhnədə daha fəalıq" - Prezident

19.07.2025 / 19:15
Prezident: "İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun"

19.07.2025 / 19:12
"Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır" - Prezident

19.07.2025 / 19:10
Bakı ilə İrəvanın arasında Paris özünü bu dəfə belə pərdələyir - "göz yaşları"...

19.07.2025 / 19:03
Azərbaycan Prezidenti: "ABŞ-la güclü tərəfdaşlıq münasibətlərinin dəstəkləndiyini görürük"

19.07.2025 / 18:40
"Bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir" - Prezident

19.07.2025 / 18:35
Ərdoğan Trampın “50 gün” hədəsindən Putini xilas etmək istəyir...

19.07.2025 / 18:28
Prezident İlham Əliyev: "Bizim etibarlı tərəfdaş imicimiz var"

19.07.2025 / 18:20
"Ermənistan Zəngəzur dəhlizi ilə bağlı prosesi bundan sonra da bloklasa, onun tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır" - Prezident

19.07.2025 / 18:06
AB Azərbaycan qazına möhtac... Rəsmi Brüssel isə bizə pislikdən əl çəkmir…

19.07.2025 / 18:01
Prezident: "Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir"

19.07.2025 / 17:38
Azərbaycanın MDB İqtisadi Şura iclasından imtinasının ardınca maraqlı bəyanat səsləndi...

19.07.2025 / 17:36
"Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir" - Prezident

19.07.2025 / 17:24
Prezident İlham Əliyev: "Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb"

19.07.2025 / 17:09
Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı keçirilib - FOTO

19.07.2025 / 16:52
Yunus peyğəmbərdən sonra üçüncü Yunus... Yunus Oğuz - 65

19.07.2025 / 16:37
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19.07.2025 / 16:10
"Dünya liderləri Prezident İlham Əliyevdən çox şeyləri öyrənə bilər" - Rusiyalı politoloq

19.07.2025 / 15:33
Ermənilər Ağdamda qəbirlərdən protezləri də oğurlayıblar...

19.07.2025 / 14:16
Azərbaycan-Pakistan mövcud strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

19.07.2025 / 12:18
Milli Məclisdən Belçika parlamentinə sərt cavab - regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar...

19.07.2025 / 11:45
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqlədi

19.07.2025 / 11:33
Azərbaycanda geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

19.07.2025 / 10:12
ŞOK - Özbəkistanda İŞİD-ə məxsus terror qruplaşması aşkar edildi!

19.07.2025 / 10:08
İrəvanda keçmiş deputat hakimiyyətin devrilməsinə çağırışa görə həbs edilib

19.07.2025 / 10:01
"Napoli" Vikter Osimhen üçün "Qalatasaray"a "HƏ" dedi

19.07.2025 / 09:53
Milli Məclis Belçika Nümayəndələr Palatasının qətnaməsinə kəskin etirazını bildirib

19.07.2025 / 09:27
Müəllimlər kimi həkimlər də "yazı-pozu" ilə hədsiz yükləniblər...

19.07.2025 / 08:42
Ət 1 manat da bahalaşdı....

18.07.2025 / 23:20
Bakı Kitab Mərkəzində “Tanımadığımız Konfutsi” adlı gecə keçirildi - FOTO

18.07.2025 / 22:32
İctimai Birlik sədri Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 22:18
“65 illik yubileyiniz mübarək olsun, ustad!” - Missiya TV-nin baş redaktorundan Aydın Quliyevə təbrik...

18.07.2025 / 21:51
Prezident İlham Əliyev İraq Prezidentinə başsağlığı verdi

18.07.2025 / 21:50
Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatlar nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi - FOTO

18.07.2025 / 21:35
Ermənistanı elə Avropanın özü vurmağa hazırlaşır - Makron nə ilə fərqlənir?..

18.07.2025 / 21:23
65 İLLİK ÖMÜR YOLUNA DƏYƏR VERƏN İNSANA! - Milli İstiqlalçıların Aydın Quliyevə yubiley təbriki...

18.07.2025 / 21:20
31 tona yaxın qızıl almışıq - yığım, ya emal üçün?

18.07.2025 / 21:06
İmamoğlunun həbsindən sonra Türkiyənin iç siyasətində mümkün təmayüllər - sabitlik qalacaqmı?..

18.07.2025 / 20:53
Bakıdan Parisə sərt sillə - dünya mediası Azərbaycanın möhtəşəm uğuruna heyrandır...

18.07.2025 / 20:39
Avropa İttifaqı yeni SSRİ olmaq istəyir - Cənubi Qafqazda ilk olaraq Gürcüstanı əzəcək...

18.07.2025 / 20:26
Qonşularla müqayisədə iki rəqəm bizi geridə qoyur...

18.07.2025 / 20:14
Çin-Hindistan-Rusiya ittifaqı? - XİN-in yeni strategiyasında ən ağır maneə...

18.07.2025 / 20:00
Azərbaycanın çay ixracı azalır... Niyə?

18.07.2025 / 19:47
Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

18.07.2025 / 19:35
"Erməni kilsəsi İŞİD-dir, molla rejimi ilə bir addımlayır" - təhqirin biri "1 qəpik"…

18.07.2025 / 19:26
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Aydın Quliyevi təbrik etdi

18.07.2025 / 19:22
Suriyada Türkiyə-İsrail müharibəsi hər an başlaya bilər...

18.07.2025 / 19:09
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

18.07.2025 / 19:04
Müəllimlər müəllimi Sabir Qurbanov - FOTO

18.07.2025 / 19:04
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir

18.07.2025 / 18:50
İsrailin Suriyanı vurması Azərbaycanın siyasətinə bəzi çətinliklər yaradır...

18.07.2025 / 18:46
Bakıda Türkiyə-Azərbaycan Qardaşlıq Forumu keçirildi

18.07.2025 / 18:31
Azərbaycan Türkmənistanın Transxəzər problemini həll edəcək...

18.07.2025 / 18:17
Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO

18.07.2025 / 18:03
Ay Paşinyan, Şanxay təşkilatı hara, Avropa Birliyi hara?..

18.07.2025 / 17:49
İrəvanda “Arsax deyən son dilləri də kəsirlər”...

18.07.2025 / 17:36
İrəvan Moskvanı konyakla məst edə bilmədi, ancaq Kreml İrəvanı konyakla vurdu...

18.07.2025 / 17:23
Prezident İlham Əliyev Təzəbinə və Xanyurdu sakinlərinə - Biz burada əbədi yaşayacağıq, daha heç kim bizi bu yerlərdən çıxara bilməz

18.07.2025 / 17:05
"Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir" - Azərbaycan XİN

18.07.2025 / 16:51
Xadimələrə maşınını yudurdan məktəb direktoru işdən çıxarıldı

18.07.2025 / 16:36
Polis Maştağada əməliyyat keçirdi - 881 kq çətənə kolu yetişdirilən istixana aşkarlandı...

18.07.2025 / 15:55
Bakıda 12 min manatlıq oğurluq edən və avtomobil qaçıran şəxslər saxlandı

18.07.2025 / 15:43
Valideyn himayəsindən məhrum uşaqlar üçün yaradıcı və psixoloji inkişaf layihəsi

18.07.2025 / 15:40
Prezident Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycanın zəngin elmi və mədəni irsinin özünəxas ikili mahiyyəti...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910