Məişət zorakılığının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil
Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə bir sıra fikirlər səsləndirib. A. Bağırov bildirib ki, məişət zorakılığının qarşısının alınması sahəsində effektiv mübarizə üçün yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyil. O bildirib ki, problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin təşkil olunmasıdır.
Mətləb