Qaçaqmalçılıq yolu ilə Azərbaycana dərman preparatları keçirilməsinin qarşısı alındı
Dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-də saat 17:54-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 10 min 20 ədəd satışı qadağan olunan CYTOTEK dərman vasitəsinin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
ZÜMRÜD