Çərşənbə axşamı günü, 22 iyul 2025
     

"Genosid muzeyi bağlanır"- Ermənistan hakimiyyətindən doğru qərar və revanşçıların etirazı...

Image

Məhərrəm Zülfüqarlı: "Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmaq, nağılların, qondarma təbliğatın qarşısını almaq məqsədi ilə "restavrasiya" adı altında muzeyin fəaliyyətini dayandırmaq istəyir" 

Tarix elmləri doktoru, "Erməni Soyqırımı Muzey-İnstitutunun" keçmiş direktoru Hayk Demoyan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü ilə "Muzey-İnstitutun" və "Erməni Soyqırımı Qurbanlarının Memorialının" əsaslı təmir olunmasından narahatdır. 

"Erməni Soyqırımı Muzey-İnstitutunun rəhbərliyinə: öz təşəbbüsünüzlə əsaslı yenidənqurma adı altında muzeyin daimi ekspozisiyasını dəyişdirməyə çalışmayın", - deyə o, öz Facebook səhifəsində xəbərdarlıq edib.

168.am ilə söhbətində Hayk Demoyan narahatlığının səbəblərinə aydınlıq gətirib. "Keçən il ciddi mənbədən xəbərdarlıq aldım ki, sərginin özü yenidənqurma bəhanəsi ilə qeyri-müəyyən müddətə bağlana bilər (baxmayaraq ki, işçilərin işə getməsi mümkündür).

Erməni Soyqırımı Muzey-İnstitutunun yeni seçilmiş direktorunun bu yaxınlarda keçirdiyi mətbuat konfransından sonra yeni narahatlıqlar yaranıb. Birincisi, o, vaxtı əsaslandırmır. Kifayət qədər qeyri-müəyyən bir ifadə var idi ki, biz bir iş görəcəyik, 110 illiyinə açacağıq, sonra muzeyin daxilində təmir işləri davam edəcək.

Bəli, muzeydə problemlər olub və var, amma həmişə büdcədənkənar vəsait hesabına həll olunub. Amma 2013-2014-cü illərdə iş əsaslı şəkildə aparılıb: yeri gəlmişkən, bu həmin layihə institutudur ki, gəlib onu qiymətləndirib. Üstəlik, 2019-2023-cü illər ərzində Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi muzey-instituta iki dəfə böyük məbləğdə pul ayırır, Harutyun Marutyunun bəyanatına görə, eyni problemləri həll etmək üçün", - Demoyan bildirib.

Demoyan ondan narahat olur ki, Paşinyan hökuməti birdəfəlik bu qondarma institut - muzeyi bağlamaq istəyir. Onun fikrincə, məqsəd bəhanələrlə bu müəssisəni bağlamaqdır.

Aşkar görünür ki, Ermənistanın Baş naziri erməni xalqını nağıllar aləmindən və miflərdən uzaqlaşdırmaq, onları reallıqla barışdırmaq istəyir. Paşinyan dəfələrlə bəyan edib ki, "soyqırımla" bağlı rəqəmlər şişirdilir və ermənilər reallıqla ayaqlaşmalıdır.

" Bununla da qondarma təbliğatın qarşısını almaq niyyəti güdürlər"  

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, "genosid muzeyinin" təmiri məsələsinin müasir dövrdə gündəmdə olmasının bir neçə səbəbi var. "Birincisi, bunlar məhz Qərbi Avropa ölkələrinin köməyi, ABŞ-ın dəstəyi ilə bu saxta məsələni daim gündəmdə saxlayıblar. Məqsəd Türkiyəyə təzyiq etmək, Türkiyənin Qərbə inteqrasiyasına mane olmaqdır. Yəni Türkiyə dəfələrlə bəyan edib ki, Avropa Birliyinin üzvü olmaq istəyir, bütün şərtlərə əməl etməyə çalışır. Lakin Qərbi Avropa ölkələri, xüsusilə də Fransa Türkiyənin Avropa Birliyinə daxil olmasına daim mane olur.

Vaxtilə tələbə-inşaat dəstələrinin İrəvanda Zaqafqaziya üzrə konfransı keçirilirdi. Mən də gənc müəllim kimi Sovet dövründə o konfransların birində iştirak etmişəm. O zaman bizi də ora aparmışdılar. Özlərini gələn qonaqlara "yazıq", "genosidə məruz qalmış xalq" kimi təqdim edirdilər. Hətta Matenadaran muzeyində muzey bələdçisinə sual da vermişdim nəyə görə Sovet rejiminə düşmən olan Andronikin şəkli Sovet Ermənistanında muzeydə asılıb? O da müəyyən sözlərlə vəziyyətdən çıxmağa çalışdı. Yəni demək istəyirəm ki, hətta Sovet dövründə Ermənistan muzeylərində Sovet rejiminə düşmən olmuş şəxslərin şəkilləri təbliğ olunurdu. Buna da rəsmi Moskva göz yumurdu. Məsələ bunda idi ki, bunlar Sovet rejiminə düşmən olmaqla yanaşı, Türkiyəyə qarşı da düşmən olmuşdular. Moskvanın da əsas istəyi o idi ki, erməni xalqını Türkiyəyə qarşı düşmənçilik ruhunda tərbiyə etsin.

İndi isə bu qondarma "genosid" muzeyinin təmirə saxlanılmasının iki səbəbi ola bilər. Əvvəla, Paşinyan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmaq, nağılların, qondarma təbliğatın qarşısını almaq məqsədi ilə "restavrasiya" adı altında muzeyin fəaliyyətini dayandırmaq istəyir. Bununla da qondarma təbliğatın qarşısını almaq niyyəti güdürlər"-deyə M. Zülfüqarlı bildirdi.

M.Zülfüqarlı qeyd etdi ki, məsələnin ikinci tərəfi də var. Professor bildirdi ki, amma Fransa və  Ermənistandakı revanşist qüvvələr bu muzeyin bağlanmasına imkan vermək istəmir və maliyyə dəstəyi göstərərək onu əsaslı şəkildə təmir edib qondarma "soyqırımın" 110 illiyinə hazırlamaq istəyirlər. M. Zülfüqarlı hesab edir ki, məhz bu məsələdə maraqlı olan qüvvələr, ölkələr "soyqırımın" 110 illiyi ilə bağlı təbliğatı gücləndirmək istəyirlər. "Yəni "soyqırıma" münasibətdə Ermənistanda ikili fikrin olduğu aydın görünür. Türkiyə ilə yaxınlaşmaq, sərhədi açmaq istəyənlər bu təbliğatı dayandırmağın tərəfdarıdılar, amma düşmənçiliyi davam etdirmək istəyənlər isə bu muzeydən təbliğatda daha yaxşı istifadə etmək üçün təmirə dayandırmağın əleyhinədirlər.

Türkiyə rəhbərliyi daim bildirib ki, bu qondarma "erməni soyqırımı" məsələni tarixçilərin öhdəsinə buraxmaq lazımdır və Türkiyə arxivləri açmağa hazırdı, Ermənistan da bu yöndə addım atarsa, bunu tarixçilər araşdırsın. Lakin Ermənistan heç bir halda arxivlərin açılmasının tərəfdarı deyil. Çünki arxivlər açılarsa erməni nağılları puç olub gedər. Bir daha təkrar edirik ki, bu qondarma "genosid" nağılın mahiyyəti ibarətdir ki, Birinci Dünya Müharibəsi dövründə, yəni 1915-ci ildə rus - türk cəbhəsində qızğın döyüşlər gedərkən Türkiyədə cəbhə boyu yaşayan ermənilər məhz ANTANTA qüvvələrinin köməyi və Rusiyanın təbliği ilə   Türkiyə əleyhinə qiyam qaldırdılar və dinc türk əhalini qırmağa başladılar. Bu qiyamın da qarşısını almaq üçün Türkiyənin hərbi qüvvələri əməliyyat keçirtdi və qiyamçıların bir hissəsi öldürüldü, bir hissəsi isə indi Suriya ilə sərhədə köçürüldü.

Sual olunur, əgər bu "genosiddirsə" nəyə görə İstanbulda və digər şəhərlərdə yaşayan ermənilərə  toxunulmayıb? Genosid, soyqırım bir millətin başqa millət tərəfindən qırılması deməkdir. Məsələn, 1933-cü ildən başlayaraq Almaniyada nasistlər hakimiyyətə keçəndən sonra yəhudi xalqına qarşı Holokost soyqırımı həyata keçirib ki, bunu dünya tanıyır. Ermənilərinki isə əksinədir. Onlar həm qiyam qaldırıb, həm öz yaşadıqları ölkəyə xəyanət ediblər, özlərinin türkləri kütləvi şəkildə qırmasını arxa plana keçirirlər, amma qiyamı yatırmaq üçün keçirilən əməliyyatı isə ön plana çəkirlər ki, guya bunlar dinc əhali olub və bunlara qarşı belə əməliyyat keçirilib. Bu nağıldı. Arxiv açılarsa, sənədlər üzə çıxarsa bunlar ifşa olunacaq. Amma yalan ayaq tutsa da yeriməz. Burda Türkiyəyə düşmən olan qüvvələr maraqlıdır. Burada əslində canfəşanlığı Fransa edir.

Əgər ermənilər bu nağıllara yenə qulaq asıb düşmənçiliyi davam etdirsələr yenə də əziyyət çəkən erməni xalqı olacaq. Kənardakılar isə öz məqsədləri üçün daim onlardan istifadə etməyə çalışacaqlar. Əvvəl dediyimiz o iki fikirdən birini müdafiə etmək lazımdır, 44 günlük müharibədən sonra Ermənistanda yeni fikir irəli sürən insanların mövqeyi daha düzgün mövqe hesab olunmalıdır. Bu nağıllara son qoymaq, Türkiyə-Ermənistan əlaqələrini inkişaf etdirmək, sərhədləri açmaq, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır ki, bu fikir çox normaldır və vacibdir-"deyə M. Zülfüqarlı bildirdi.

İradə SARIYEVA

 




VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

22.07.2025 / 09:31
Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb

22.07.2025 / 09:21
Prezidentin pişiyinə cangüdən ayrıdılar...

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910