KÖHNƏ VERSİYA            

Paşinyanın Azərbaycandan qaz almaq planlarının arxa məqsədləri var...

Image

Ermənistan tədarükün diversifikasiyası çərçivəsində Azərbaycandan qaz ala bilər. Belə bir açıqlama ilə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat, İqtisadi məsələlər üzrə daimi komissiyanın sədr müavini Babken Tunyan parlamentdə keçirdiyi brifinqdə deyib: 

“Belə bir vəziyyət yaranarsa, biz Azərbaycanla ticarət əlaqələri qura bilərik. Hər hansı resursa ehtiyacımız olarsa, daha ucuz, keyfiyyətli resursu kimin təmin etdiyini nəzərdən keçirməli olacağıq. Əgər bu resurs Azərbaycan tərəfindən təmin edilərsə, o zaman bu məsələ müzakirə oluna bilər. Eyni zamanda, təbii ki, diversifikasiya prinsipini və alternativ mənbələri qorumaq lazımdır”.

Tunyan xatırladıb ki, Ermənistan qazı əsasən Rusiyadan, eləcə də İrandan alır və üçüncü mənbədən qazın alınması yalnız ölkənin enerji müstəqilliyinin və təhlükəsizliyinin səviyyəsini artıracaq. İrandan böyük həcmdə qaz almaq perspektivinə gəlincə, Tunyanın sözlərinə görə, o, bu ehtimalı əminliklə bəyan edən qondarma ekspertlərlə bu məsələni müzakirə etməyə hazırdır: “Onlar mənə imkanlar haqqında danışacaqlar, mən də sizə məhdudiyyətlər haqqında danışacağam. Ola bilsin ki, onlar İrandan böyük tədarüklərin bizim bilmədiyimiz sehrli yollarını bilirlər”. Qeyd edək ki, daha əvvəl baş nazir Nikol Paşinyan Ümumdünya Erməni Sammitində, tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkənin Azərbaycandan qaz almağa hazır olduğunu bildirib: “Rusiya və İrandan qaz idxal edirik, bir müddət əvvəl Azərbaycandan açıqlamalar gəldi ki, gələcəkdə sülh olarsa, Ermənistan Azərbaycandan da qaz ala bilər. Təsəvvür edə bilərik ki, Ermənistan ərazisindən Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəməri keçir, bu variantları da istisna etmək olmaz”. Paşinyan əlavə edib ki, dünyada enerji müstəqilliyi anlayışı yoxdur: “Enerji baxımından müstəqil ölkə yoxdur. Söhbət yalnız enerjinin şaxələndirilməsi ilə bağlı ola bilər”. Daha öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan da bu xüsusda maraqlı açıqlamalr verib: “Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsinin Azərbaycan qazı olmasını istisna etmirəm”. 

Xatırladaq ki, Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir. Ermənistanın enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan “Qazprom Armenia”şirkətidir. Respublikanın daxili bazarında təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış Rusiya-Ermənistan QSC “Qazprom Armenia”dır. Onun (səhmlərin 100 faizi Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. “Qazprom Armenia” Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur.

Ermənistan və Rusiya hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kub metr qaz nəql edilir. Hazırda Rusiya qazının 1000 kub metri üçün Ermənistan 165 dollar ödəyir. 2006-cı ildən fəaliyyət göstərən İran-Ermənistan qaz kəməri də Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. İrandan Ermənistana ildə 365 milyon kub metr nəql edilən qazın haqqını – 1 kubmetr müqabilində 3 kilovat-saat elektrik – barter əsasında ödəyir. Beləliklə, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən “mavi yanacaq” əsasən dünya bazar qiymətindən aşağı Rusiyadan idxal edilir. Lakin Rusiya və Ermənistan arasında münasibətlər nəzərə alınarsa, gələcəkdə İrəvanın rus qazından məhrum olması istisna deyil. məhz belə vəziyyətdə Azərbaycan Ermənistanın əsas xilaskarına çevrilə bilər. Burada xatırladaq ki, qonşu Gürcüstanı ən sərfəli şərtlərlə məhz Azərbaycan təbii qazla təmin edir.  Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatı Azərbaycan qazı hesabına təmin olunur. Qazaxdan Gürcüstana çəkilən SOCAR-a məxsus magistral qaz kəməri ilə qonşu ölkəyə gündəlik 6,2-6,3 milyon kubmetr qaz nəql edilir: “Bundan başqa, Bakı-Tiflis-Ərzurum boru kəməri  ilə gündəlik təxminən 2,8-3 milyon kubmetr “Şahdəniz-1” qazı nəql olunur. Gürcüstanın qaz istehlakının müəyyən həcmi isə Rusiyadan Ermənistana qaz nəql edən “Şimal-Cənub” boru kəmərinin tranzit haqqı kimi verilir. Amma əsas təchizatçı Azərbaycandır. Indi eyni imkanlar Azərbaycan tərəfindən Ermənistan üçün də yaradıla bilər. Lakin bunun üçün Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması, ölkəmizə qarşı bütün iddialarından vaz keçməsi lazımdır. Hazırkı Ermənistan konstitusiyası Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması üçün də əngələ çevrilib. Azərbaycan prezidenti İlham Əliyev son çıxışlarında bunu açıq və qəti söyləyib: “Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.

Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın da yer aldığı Müstəqillik Bəyannaməsinə istinad var. Bakı bunun aradan qaldırlmasını istəyir.

Ramil QULİYEV







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

SON XƏBƏRLƏR

22.11.2024 | 13:41
"Azərbaycan təcrübəsi gələcək beynəlxalq tədbirlər üçün nümunə ola bilər" - COP29 iştirakçıları...

22.11.2024 | 13:27
COP29-da İrəvandakı Azərbaycan mədəni irsinin dəyişdirilməsinə dair tədbir keçirildi

22.11.2024 | 13:04
Азербайджан лечит Армению профессионально и успешно - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.11.2024 | 12:48
Paşinyan Ermənistanda despot rejimə keçir

22.11.2024 | 12:37
Qazaxın azad olunan 4 kəndində müşahidə-nəzarət kameraları quraşdırılıb

22.11.2024 | 12:24
COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib

22.11.2024 | 12:07
Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib

22.11.2024 | 12:00
COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub

22.11.2024 | 11:52
General azad olunan ərazilərdə yeni yaradılan strukturları açıqladı

22.11.2024 | 11:43
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər - FOTO

22.11.2024 | 11:30
XIV tura bu gün "Kəpəz" - "Araz-Naxçıvan" matçı ilə start veriləcək

22.11.2024 | 11:15
"Azərbaycanlı tələbələrin şüarlarında ekstremizm faktları yoxdur" - Rusiya İstintaq Komitəsi

22.11.2024 | 11:05
"Bu tendensiyalar davam edərsə, iqlim dəyişikliyinə mənfi təsirlər daha da artacaq" - alman nazir

22.11.2024 | 11:03
Putin Qərbi vurmaqla hədələdi. İndi müharibənin şəkli necə dəyişəcək? - CANLI

22.11.2024 | 11:00
Bu gün Sabunçunun bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

22.11.2024 | 10:30
Bu Türkiyə klubunun borcu 10 milyardı keçib

22.11.2024 | 10:20
Təbriz sakini İrəvanda döyülüb

22.11.2024 | 10:15
Yol polisi küləkli hava ilə bağlı sürücülərə və piyadalara müraciət edib

22.11.2024 | 10:05
Gəncədə qadın bıçaqlanaraq öldürülüb

22.11.2024 | 10:00
Bakıda COP29-da finiş xəttinə çatmaq üçün bizə ciddi təkan lazımdır - Quterreşdən PAYLAŞIM

22.11.2024 | 09:30
Son 7 ildə 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb - DSX

22.11.2024 | 09:24
Büdcədə neft gəlirlərimiz 750 milyon manat azalacaq - 2 ciddi səbəb...

22.11.2024 | 09:17
Qlobal iqtisadiyyatın yarısı təbiətdən asılıdır - Britaniyalı nazir

22.11.2024 | 09:05
Balakəndə 4 otaqlı ev yanıb

22.11.2024 | 09:00
"Papa ilə görüşdən sonra özümü xeyirxah hiss edirəm" - Paşinyanın arvadından paylaşım

22.11.2024 | 08:40
Alimlər nazirin "yüksək maaş" sözlərini necə qarşıladı?..

22.11.2024 | 08:30
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib

21.11.2024 | 22:49
Putindən Kimə qəribə hədiyyə - 10 min əsgərə qarşılıq Şimali Koreyaya 70 heyvan göndərdi...

21.11.2024 | 22:19
Zaxarovaya mətbuat konfransında zəng gəldi - Ukraynaya raket hücumları ilə bağlı danışma... +VİDEO

21.11.2024 | 21:43
MM Lüksemburq parlamentinin ant-Azərbaycan qətnaməsini tutarlı arqumentlərlə alt-üst etdi

21.11.2024 | 21:19
Ermənilərin Azərbaycanda 30 illik “enerji cinayətləri”nin araşdırılması başladı...

21.11.2024 | 21:03
ABŞ Ukraynaya "mina qadağasını" da götürdü...

21.11.2024 | 20:44
Ermənilərin bu xəbəri də yalandır - Xankəndidə bircə "genosid abidəsi" də qala bilməz...

21.11.2024 | 20:29
COP29-da tarixi ilk yaşandı - su faktoru dünya gündəminə gətirildi...

21.11.2024 | 20:15
COP29-un uğurları Fransanı özündən çıxarır...

21.11.2024 | 20:06
Azərbaycan Milli Dirəniş Təşkilatının Strateji Sənədinin ikinci nəşri yayımlandı

21.11.2024 | 20:01
Aİ-95-lə əlaqəli baş verənlər Azərbaycanın iqlim siyasətinin tərkib hissəsidir...

21.11.2024 | 19:48
Ermənistanda COP29-a qatılmamaq peşmançılığı başladı - çox şey itirilib...

21.11.2024 | 19:37
Urmiyədə vətəndaşlar İran rejiminin terroru dəstəkləyən siyasətlərinə etiraz ediblər

21.11.2024 | 19:34
Bakıda benzin-dizellə işləyən bir avtobus olmayacaq...

21.11.2024 | 19:21
244 milyon manat elm üçün nə deməkdir...

21.11.2024 | 19:07
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

21.11.2024 | 19:03
BMT məhkəməsi Azərbaycanın iddiasını lüzumsuz yerə bir il uzadır - etnik təmizləmə faktdır...

21.11.2024 | 18:48
G20-nin Ukrayna ilə bağlı yekun sənədi heç nəyi dəyişməyə qadir deyil...

21.11.2024 | 18:41
Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak edib - FOTO

21.11.2024 | 18:35
“Böyük Qayıdışda” mina problemi - heç bir beynəlxalq dəstək yoxdur, qərəz, ikili standart, erməni barmağı...

21.11.2024 | 18:23
Türkiyə şirkətlərinin azad olunmuş rayonlarda fəaliyyəti barədə şayiələr yayırlar - 4 milyard ayrılıb...

21.11.2024 | 18:21
COP29-da “Yaşıl Dünya Naminə İnklüzivlik” mövzusunda yan tədbir keçirildi

21.11.2024 | 18:15
"COP29-da Paris Sazişinin əsas sahələri üzrə razılığa gəlmək vacibdir" - Britaniya nümayəndəsi

21.11.2024 | 18:09
İqlimlə bağlı məlumatları düzgün təqdim etməyən ölkələr də var - BMT layihə hazırlayıb...

21.11.2024 | 17:56
Azərbaycanda yerli istehsal avtobusları ilə bağlı mübahisə gedir - tələbat var?

21.11.2024 | 17:43
Fransanın bəzi dövlətləri COP-dan çəkindirməsi rəsmi bəyan olundu...

21.11.2024 | 17:30
Fransa Azərbaycanın səfirinə qarşı təzyiqlərə başladı...

21.11.2024 | 17:18
COP29 turizmlə bağlı tarixdə ilkə imza atdı...

21.11.2024 | 17:06
Nüvə müharibəsi başlasa Rusiya bu ölkələri vuracaq - dövlət televiziyası bir-bir açıqladı...

21.11.2024 | 16:59
"Bütün tərəflərin COP29-da əhəmiyyətli nəticələrə nail olmaq üçün konstruktiv işləməsi vacibdir" - Annalena Berbok

21.11.2024 | 16:33
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edildi

21.11.2024 | 16:31
"Əminəm ki, COP29-da razılaşmaya nail olunacaq" - BMT Baş katibi

21.11.2024 | 16:24
Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib - FOTO

21.11.2024 | 16:17
Rusiyanın Cənubi Kipri vuracağı iddia edildi - Kremlin təbligatçısı ruslara xəbərdarlıq etdi

21.11.2024 | 16:05
YAP bundan sonra da Azərbaycanın yeni zirvələr fəth etməsinə mühüm töhfələr verəcək

21.11.2024 | 16:04
"COP29 əla təşkil olunub" - Zaxarova

21.11.2024 | 15:51
"Cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya ödənilir" - Sahil Babayev

21.11.2024 | 15:38
BMT Baş katibi G20 liderlərini COP29-da maliyyə məqsədinin təmin edilməsi üçün göstəriş verməyə çağırdı

21.11.2024 | 15:24
ABŞ nümayəndəsi Su üzrə Bakı Dialoqu təşəbbüsünün əhəmiyyətindən danışdı...

21.11.2024 | 15:17
"Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik" - Quterreş

21.11.2024 | 15:10
"Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlimlə mübarizə üçün zəruridir" - BMT Baş katibi

21.11.2024 | 14:50
COP29-da meşələr üçün iqlim maliyyəsinin artırılması məsələsi müzakirə edilib

21.11.2024 | 14:43
"Sivilizasiyamızın gələcəyini indi etdiklərimiz və ya etmədiklərimiz müəyyənləşdirəcək" - BMT rəsmisi

21.11.2024 | 14:25
"Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir"

21.11.2024 | 13:58
Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşdü

21.11.2024 | 13:56
COP29-da Kiçik ada dövlətlərinin və icmaların ekosistemləri müzakirə edildi

21.11.2024 | 13:45
"Su məsələləri üzrə Bakı Dialoqu gələcək COP-larda davamlı şəkildə keçirilməlidir" - BMT-nin xüsusi nümayəndəsi

21.11.2024 | 13:43
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

21.11.2024 | 13:29
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

21.11.2024 | 13:28
Nazir müavini bioloji müxtəlifliyin qlobal səviyyədə azalması səbəblərindən danışdı

21.11.2024 | 13:17
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalandı

21.11.2024 | 13:03
Против Армении должен быть создан международный религиозный трибунал - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

21.11.2024 | 12:53
BDU “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-də yer alıb

21.11.2024 | 12:51
Muxtar Babayev hər kəsi ilk Su Bəyannaməsinə qoşulmağa çağırdı...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930