Lukaşenko Ukrayna ilə sərhədə ordu cəmləşdirir - qəfil hücum ehtimalına görə...
“Belarus cənub sərhədlərindəki dövlət sərhədinin təhlükəsizliyi gücləndirir”. Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç “Milli Müdafiə” jurnalına verdiyi müsahibədə bildirib. O bildirib ki, buna səbəb qəfil hücum ehtimalında müdafiəni gücləndirməkdir.
“Mövcud vəziyyətə adekvat cavab vermək üçün Belarusun cənubundakı dövlət sərhədinin mühafizəsini və müdafiəsini gücləndiririk. Biz bunu Silahlı Qüvvələrin, digər qoşunların əlavə birləşmələrinin hərbi hissələrinin səfərbər edilməsi və yerləşdirilməsi yolu ilə edirik. Eyni zamanda diversiya hərəkətlərinə kompleks müqavimət sisteminin səmərəliliyinin artırılması istiqamətində pilotsuz uçuş aparatları ilə nəzarət edilir”, - deyə o qeyd edib.
Mətləb Salahov