Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...
Husilər Yəmənin hava məkanında ABŞ-ın “MQ-9 Reaper” hücum pilotsuz təyyarəsini vurmağa müvəffəq olduqlarını bildiriblər.
Bu barədə husilərin “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Sari bildirib.
"Yəmənin hava hücumundan müdafiə qüvvələri Marib vilayətinin hava məkanında Amerikanın “MQ-9 Reaper” pilotsuz təyyarəsini vurub", - deyə o qeyd edib.
Əlavə edib ki, bu, Yəmən ərazisi üzərində vurulan Amerikanın bu tipli səkkizinci pilotsuz təyyarəsidir.
ZÜMRÜD