Rusiyalı iki oliqarx Britaniyanın ən böyük neft şirkətinin səhmlərinin 15 faizini aldı...
Rusiyalı oliqarxlara məxsus şirkət Böyük Britaniya sularında ən böyük neft və qaz istehsalçısının səhmdarına çevrilib.
BBC xəbər verir ki, qismən rusiyalı milyarderlər Mixail Fridman və Pyotr Avenə məxsus olan "LetterOne" investisiya şirkəti Britaniyanın ən böyük neft istehsalçısı olan "Harbour Energy"nin səhmlərinin 15%-ni alıb.
Müqavilə şərtlərinə görə, "LetterOne" "Harbour Energy"də səsvermə hüququna malik olmayacaq, lakin dividend şəklində ödənilən şirkətin mənfəətindən bir pay alacaq.
Məlumata görə, "LetterOne" özü heç bir sanksiyaya məruz qalmır, Fridman və Avenin isə şirkətlə birbaşa əlaqəsi yoxdur.
Fridman və Aven 2022-ci ilin martında Rusiyanın Ukraynanı işğalından sonra sanksiyaya məruz qalıb. Onlar "LetterOne" qrupunun 50%-dən az hissəsinə sahibdirlər. Demək olar ki, şirkətin digər qalan hissəsinə heç bir sanksiya tətbiq olunmayan başqa bir rusiyalı milyarder Andrey Kosoqova məxsusdur.
TAHİR