şənbə günü, 21 mart 2026
     

Kreml İrəvandan üçtərəfli razılaşmaların icrasını tələb edir - Zəngəzur dəhlizi də var...

Image


Məlum olduğu kimi, bu günlərdə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışıblar. Rəsmi məlumatlara əsasən, söhbət əsas etibarı ilə Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulması məsələlərinə həsr edilib. Vladimir Putin Rusiyanın münasibətlərin tənzimlənməsinə kömək etməyə hazır olması barədə sözlərini təkrarlayıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycana dövlət səfəri zamanı Putin bu niyytini prezident İlham Əliyevlə görüşdə də bildirib: "Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hazırkı vəziyyətinə də diqqət yetirdik. Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin, hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir". Bütün bunlar fonunda Ermənistan hökuməti bəyan edib ki, Rusiya lideri və Ermənistanın baş naziri də görüşmək barədə razılığa gəliblər: "Tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyinə dair məsələləri müzakirə etmək və yaxın gələcəkdə görüşmək barədə razılığa gəliblər". Ölkələr arasında ticarət mübadiləsi və iqtisadi əməkdaşlıq sahəsində dəyişikliklər də diqqət mərkəzində yer alıb. Rusiyalı politoloq Konstantin Simonov isə qeyd edir ki, əslində, Paşinyanla Putin arasında baş tutan telefon danışığının əsas mövzusu Rusiyanın vasitəçilik rolunun bərpası məsələsinin müzakirəsi olub. Onun sözlərinə görə, danışıqlar prosesi ətrafında diqqətəlayiq geosiyasi konfiqurasiya yaranıb. Simonov qeyd edib ki, Azərbaycan danışıqlar üçün Rusiya platformasını təsdiq edir: "Ermənistanın son reaksiyalarını Rusiyanın rədd edilməsi kimi qəbul etmək olar, bu birbaşa elan edilmir, lakin reaksiyalar Ermənistanın Rusiyanın təşəbbüslərində maraqlı olmadığını düşünməyə imkan verir. Bu, məyusluq və bunun fonunda Qərbə meyl göstərməklə edilir". Lakin Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib ki, Nikol Paşinyan Vladimir Putinlə danışıqlarda siyasi sövdələşmə təşkil etməyə çalışır: "O, Rusiya liderini Ermənistana qarşı siyasətini sərtləşdirməməyə inandırmaq istəyir. Halbuki, Paşinyan kəskin anti-Rusiya kursu yürüdür. Burada Paşinyan aldatmaq istəyi ilə hərəkət edir, o, Ermənistanı Qərbə yönəltməkdən əl çəkmir və bu arada Rusiya rəhbərliyinə neytrallığı və balansı qorumaq istədiyini, ona qarşı sanksiyalara görə bunu etməyə məcbur olduğunu bildirir. İkinci Qarabağ müharibəsi zamanı Rusiya daha nə etmədi? İndi Paşinyan Rusiya rəhbərliyini hər hansı sərt qərarlar qəbul etməkdən çəkindirməyə can atır. Ermənistan tərəfinin təklif etdiyi görüşün məqsədi məhz Moskvanı buna inandırmaq olacaq ki, Kreml İrəvanla bağlı yanaşmalarını sərtləşdirməkdən əl çəksin. Paşinyan Kremlə qarşıdır, amma Ermənistanın əhalisi Rusiya tərəfdarıdır, buna görə də bir tərəfdən Paşinyanla mübarizə aparmalıyıq, digər tərəfdən isə onu Rusiyadan çox da uzaqlaşmağa qoymaq olmaz. Moskvanın yumşaq siyasəti, İrəvanla təmaslarda dəqiqlik buna görədir. Hər hansı anti-erməni hərəkətlərinin qarşısını almaq istəyindən Rusiya səbr edir. Əks halda Ermənistan əhalisinin Rusiyadan üz döndərəcəyi, Paşinyanın isə bundan istifadə edəcəyi gözləniləndir".

Sergey Markov qeyd edib ki, təkcə son bir il ərzində Moskva   Ermənistan hakimiyyəti tərəfindən onlarla anti-Rusiya hərəkətləri və bəyanatlarının şahidi olub: "Lakin buna cavab olaraq Rusiya heç nə etmədi və sadəcə qeyd etdi ki, İrəvan yanlış istiqamətdə gedir. Yəni Ermənistan rəhbərliyi Moskvanın əvvəlki Rusiya-Ermənistan münasibətlərini qoruyub saxlamaq istəyi ilə oynayan bir hiyləgərlik nümayiş etdirən Nikol Paşinyanı hələ cəzalandırmır. Paşinyan isə Vladimir Putinlə danışıqlarda hamını aldada biləcəyini zənn edir. Amma belə deyil. Növbəti görüşdə də cəhdlər olacaq. Məsələn, Nikol Paşinyan deyəcək: "Bəli, biz indi Fransadan və Hindistandan silah alırıq, amma bu ona görədir ki, bizə az silah verirsiniz". O, Ermənistandan Rusiya bazarında daha çox iqtisadi üstünlüklər istəyəcək, amma bu, yenə də siyasi münasibətlərin daha da pisləşməsi təhlükəsi altında olacaq. Buna rəğmən, Paşinyan Ermənistanın Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etdiyini iddia edəcək. Eyni zamanda, Nikol Paşinyan öz anti-Rusiya kursunu dəyişməyəcək". Bu arada daha bir maraqlı məsələ odur ki, Zəngəzur dəhlizi ətrafında Rusiya ilə Ermənistan arasında gərginlik genişlənir. Rəsmi Moskva 2020-ci ildə əldə edilmiş üçtərəfli razılaşmaya istinad edir. İrəvan isə Rusiyanın nəzarəti altında dəhlizin açılmasına razılıq vermək istəmir. Bunlar fonunda ehtimal etmək olar ki, İrəvanla Moskva arasındakı ziddiyyətlər getdikcə daha da dərinləşəcək. Eyni zamanda görünən həm də odur ki, Qərb iki il əvvəl Ukraynanın timsalında Şərqi Avropada etdiklərini indi də Cənubi Qafqazda təkrarlamaq, Rusiyaya qarşı Ermənistan üzərindən növbəti cəbhə açmaq niyyətindədir. Bunu Kremldə də yaxşı görürlər.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlətdə mükafatların ləğvi məmur maaşlarında yeni əlverişli imkanlar açır...

Prezident İlham Əliyev və Mehriban Əliyeva Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar - FOTO/VİDEO/YENİLƏNDİ

Əmək pensiyasına çıxanların sayı ilbəil sürətlə azalır - 17 faiz qorxunc rəqəmdir...

SON XƏBƏRLƏR

21.03.2026 / 14:33
İran İsrailin Ben Qurion aeroportunda yanacaq anbarlarını və yanacaq təyyarələrini bombaladı…

21.03.2026 / 14:17
İraq Milli Kəşfiyyat Xidmətinin qərargahı vuruldu...

21.03.2026 / 13:54
Vaşinqton yeni strategiyasını açıqladı - İranın neftini Tehranın özünə qarşı istifadə edəcəyik…

21.03.2026 / 13:15
İran BƏƏ-ni təhdid etdi - ərazilərinizdən adalara hücum olsa…

21.03.2026 / 12:43
İran 4 min km uzaqlıqdakı ABŞ bazasını hədəf aldı – Dieqo Qarsiyaya iki raket atıldı…

21.03.2026 / 12:36
“Ölümün verdiyi həyat” filminin xüsusi nümayiş tarixləri açıqlandı

21.03.2026 / 12:15
Hörmüz yaxınlığındakı yeraltı baza hədəfə alınıb...

21.03.2026 / 11:39
Almaniya hökuməti Körfəz bölgəsinə silah ixracını asanlaşdırır

21.03.2026 / 11:21
Putin İran xalqına Novruz mesajı göndərdi: “Sadiq tərəfdaş olaraq qalırıq”

21.03.2026 / 10:47
Britaniya İranı vurmaq üçün bazalarını ABŞ-a açdı…

21.03.2026 / 10:11
DİN-dən genişmiqyaslı əməliyyat - axtarılan şəxslər bir-bir tutuldu

20.03.2026 / 22:25
Moskvadan ABŞ-a İrana ağır zərbə vuracaq təklif - Vaşinqton qəbul etmədi…

20.03.2026 / 20:15
İsveçrədən ABŞ-a tarixi “İran zərbəsi” - Vaşinqtona silah satışı dayandırıldı…

20.03.2026 / 20:06
Prezident İlham Əliyev Novruz bayramı ilə bağlı paylaşım edib - FOTO

20.03.2026 / 19:55
ABŞ NATO-nu "qorxaq" adlandırdı - bizsiz kağız pələnglər…

20.03.2026 / 19:26
ABŞ və İsrail Şərqi Azərbaycanı bombaladı…

20.03.2026 / 19:10
İranın hücumu yunan Kiprini qorxutdu - Britaniya bazaları adadan çıxarılır…

20.03.2026 / 17:28
Makrondan Trampa qəti cavab - Hörmüz boğazının güc yolu ilə açılmasını dəstəkləməyəcəyik…

20.03.2026 / 17:06
Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib - FOTO

20.03.2026 / 16:55
10-a yaxın ölkə SEPAH-ı terror təşkilatı kimi tanıdı

20.03.2026 / 16:47
ABŞ Yaxın Şərqə əlavə dəniz piyadaları göndərəcək

20.03.2026 / 16:37
ABŞ Qeşm adasında SEPAH tunellərini vurdu

20.03.2026 / 15:31
Neft qiymətlərində 180 dollarlıq ssenari - "inflyasiya fəlakəti" xəbərdarlığı edildi…

20.03.2026 / 14:42
Qüdsdə tarixi qadağa - Əl-Əqsa məscidi 1967-ci ildən bəri ilk dəfə bayram zamanı səssiz qaldı…

20.03.2026 / 14:28
İsrail ordusu druzları bəhanə edib Suriyanı bombaladı…

20.03.2026 / 14:03
Daha bir SEPAH generalı öldürüldü

20.03.2026 / 13:37
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

20.03.2026 / 13:12
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni xəbər...

20.03.2026 / 12:40
Qazaxıstanlı tədqiqatçı AXC-nin 1918-ci ilə aid dövlət möhürünü aşkar edib

20.03.2026 / 12:15
Yaponiyadan Trampa SÜRPRİZ - 73 milyard dollarlıq SƏRMAYƏ GƏLİR...

20.03.2026 / 11:53
Prezident İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

20.03.2026 / 11:16
"Tezliklə razılığa gəlsinlər" - QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış edib

20.03.2026 / 11:05
ABŞ bu müsəlman ölkələrinə 23 milyard dollarlıq silah satdı - AÇIQLAMA

20.03.2026 / 10:03
Mehriban Əliyevadan Ramazan bayramı münasibətilə PAYLAŞIM

20.03.2026 / 10:02
Dünya bazarında neftimizin qiyməti 122 dolları keçdi!

20.03.2026 / 09:34
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib

20.03.2026 / 00:10
Azərbaycanda Ramazan bayramıdır

20.03.2026 / 00:06
Azərbaycanda Novruz bayramı qeyd edilir

19.03.2026 / 20:55
İran liderlərinin “dövlət terroru” ilə ortadan götürülməsi rejimi dəyişə bilər?...

19.03.2026 / 20:16
Ərdoğana verilən 3 “Patriot” sisteminin arxasında Türkiyəni vuruşa qatmaq planı var...

19.03.2026 / 19:54
“Qazilərə doğma Vətən, Şəhidlərə İlahi tən - Azərbaycan... Azərbaycan...” silsiləsindən - Xəzər sahillərində keçən ömür...

19.03.2026 / 19:37
Dövlətdə mükafatların ləğvi məmur maaşlarında yeni əlverişli imkanlar açır...

19.03.2026 / 19:17
Əmrah özünü bugünkü qədər yalqız hiss etməmişdi...Anchor

19.03.2026 / 18:55
Avropa liderləri noyabr seçkisində Trampın “məğlubiyyət ssenarisini” hədəflədilər...

19.03.2026 / 18:21
Arakçi Makronu ikiüzlülükdə ittiham etdi - İsrail və ABŞ-ın hücumlarna susur, ancaq...

19.03.2026 / 18:05
İcbari Tibbi Sığorta Agentliyinin səlahiyyətləri ƏƏSMN-ə həvalə edildi - FƏRMAN

19.03.2026 / 18:05
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırıldı

19.03.2026 / 18:01
Naxçıvan Konstitusiyası yenilənir - dövlət quruculuğunda yeni mərhələ...

19.03.2026 / 17:53
"Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır" - Vüqar Rəhimzadə

19.03.2026 / 17:47
Prezident şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqlədi

19.03.2026 / 17:40
Sentyabrın 27-də şəhid oldu, 86 gün sonra nəşi tapıldı - Kapitan Niyət Şirəliyev..

19.03.2026 / 17:33
Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası təsdiqləndi

19.03.2026 / 17:18
Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verib - FOTO

19.03.2026 / 17:10
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

19.03.2026 / 16:58
Bayramdan sonra ilk dərs günü nə vaxt olacaq...

19.03.2026 / 16:43
General rütbəsindən məhrum edilən Mövlam Şixəliyevin pensiyası da kəsildi...

19.03.2026 / 16:28
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

19.03.2026 / 16:11
Sumqayıtda əməliyyat - beş kişi və bir qadın saxlandı

19.03.2026 / 16:04
Paşinyandan xəbərdarlıq - Onlar “sentyabr müharibəsinə” hazırlaşırlar...

19.03.2026 / 15:57
Fələstin probleminin tarixi kökləri

19.03.2026 / 15:28
Qarabağdan aparılmış ermənilərə tarixdə ən doğru yolu Paşinyan göstərdi...

19.03.2026 / 15:12
ABŞ Hörmüzü açmaq üçün risqli əməliyyata hazırlaşır - Xarq adasına hücum əks nəticə verə bilər...

19.03.2026 / 14:55
Lənkəranda Milli Qəhrəman Əsgər Əliyev anıldı - FOTO

19.03.2026 / 14:47
ABŞ mediası İran rejimini yıxmaq üçün İsrailin yeni taktikasını açdı – “kütləvi qırğın”...

19.03.2026 / 14:25
Tramp problemlə qarşılaşdı - İranla müharibə üçün 200 milyon dollar istədilər…

19.03.2026 / 13:59
Səudiyyə və Küveytdə neft emalı zavodları vuruldu…

19.03.2026 / 13:41
İran ABŞ-ın ən azı 10 radar qurğusunu vurub…

19.03.2026 / 13:28
Tramp müharibədən sonra Şərqdə yaranacaq vəziyyətdən çox qorxur...

19.03.2026 / 13:20
ABŞ-ın Ukraynada qurduğu planı Putin eynilə İranda Trampa qarşı çevirib...(?)

19.03.2026 / 13:08
DTX-nın saxladığı Saleh Səmədov barəsində qərar verildi

19.03.2026 / 12:51
Məhkumun həbsdən əvvəl gizlətdiyi silah-sursat aşkarlandı

19.03.2026 / 12:48
Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

19.03.2026 / 12:31
Trampı İrana qarşı yanlış addımlara onun çevrəsindəki "casuslar" yönəltdi...

19.03.2026 / 12:00
Səudiyyə müharibəyə girir - Pakistan-Səudiyyə sazişi gündəmdə...

19.03.2026 / 11:50
Ucarda iki narkokuryer saxlanılıb

19.03.2026 / 11:06
Bakıda restoranda kütləvi dava - aktrisanın tanışını döydülər

19.03.2026 / 10:29
Azərbaycandan tranzit keçməklə Ermənistana 488 ton taxıl göndərildi

19.03.2026 / 10:06
Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşır

19.03.2026 / 09:43
Ceyhun Bayramov Ər-Riyadda Azərbaycana dron hücumundan danışdı

19.03.2026 / 09:35
“815” Çağrı Mərkəzinə fevral ayı ərzində 12 mindən çox zəng daxil olub

19.03.2026 / 09:08
Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşüb

Uşaqların internet bəlalarından mühafizəsi yeni mərhələyə keçdi...

XƏBƏR ARXİVİ