KÖHNƏ VERSİYA            

Cənubi Qafqazda sülhü məhv edən Qərbdir - sübut...

Image

Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir. Bunu Türkiyədə səfərdə olarkən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır: "Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”. C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”. Ekspertlər hesab edir ki, Ermənistanın silahlandırılması heç də təsadüfi deyil. Bəzi qüvvələr Cənubi Qafqazda dağıdıcı fəaliyyət həyata keçirməyə can atırlar. Hazırda Fransa bu prosesi öz üzərinə götürüb. Rəsmi Paris həm də Hindistan vasitəsilə onun lisenziyası ilə istehsal olunan silahları ermənilərə verir, eləcə də, fransız hərbçilər Ermənistan piyada və dağatıcı bölmələrinə təlimlər keçirlər. Digər bir məsələ Ermənistanda yerləşdirilən Avropa İttifaqının müşahidə missiyasıdır. Bu missiya şərti sərhəd ərazidə anti-Azərbaycan fəaliyyət göstərir və bəyanatlar səsləndirir, eyni zamanda Rusiyanı, onun ölkədəki hərbi kontingentini hədəfə alır. Təbii ki, bütün bunlar regionda gərgin atmosfer yaradır. Baş verənləri şərh edən Türkiyədən olan siyasi ekspert Güngör Yavuzaslan bildirir ki, Azərbaycanın 44 günlük zəfər yürüşündən sonra Cənubi Qafqazda işğala əsaslanan status-kvonun dağıdılması bəzi qüvvələri ciddi narahat edir. O vurğulayır ki, yeni, mövcud status-kvo Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində imzalanan Şuşa Bəyannaməsi ilə yaradıldı: “Bununla əlaqədar ermənilərin havadarları Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə ruhlandırmaq və Qarabağla bağlı iddialarını yenidən dirçəltmək üçün fəaliyyətə keçdilər. Burada Avropa İttifaqı daxilindəki ermənipərəst dairələr, o cümlədən Fransadakı erməni lobbisi və ABŞ erməniləri daha çox fəallıq göstərirlər. Baş nazir Nikol Paşinyan hər nə qədər davamlı sülhü dəstəkləsə də, Ermənistanın daxilində və xaricdəki lobbisi buna qarşı çıxır. Qərbin Ermənistan sevdası Rusiya-Ukrayna müharibəsindən sonra bölgədə yeni həssas nöqtə yaratmaqdır. Buna görə də bəzi Qərb dairələrinin bu istiqamətdə addımlarını davam etdirəcəyini düşünürəm. Bu, Ermənistanın silahlandırılması, yaxud müxtəlif diplomatik yollardan istifadə edərək mövzuya qarışması ilə də ola bilər. Lakin əsas məqam odur ki, qondarma “Dağlıq Qarabağ respublikası” artıq çoxdan tarixin yaddaşına köçüb”. 

Hazırda görünən odur ki, müəyyən qüvvələr bölgədə yaranan yeni reallığı düzgün hesablaya bilmir. Elə bu fonda Qərbin Ermənistanı sürətlə hərbiləşdirilmək kampaniyası yeni mərhələyə qədəm qoyub. Bu gün Ermənistanı silahlandıran dövlətlər arasında ABŞ, Fransa, İran və Hindistan xüsusi yer tutur. Bu aspektdə, son dövrlər Rusiya ilə Ermənistan arasında gərginliyin artması real faktdır. Yəni Qərb tərəfindən Ermənistanı hərbiləşdirmək siyasəti təkcə Azərbaycanda yox, Rusiyada da narahatlıq yaradır. Nikol Paşinyan hakimiyyəti Qərbin diqtəsilə hərəkət etməklə, bir vaxtlar himayəsinə sığındığı Rusiyadan üz çevirir, hətta ölkəsinin ərazisindən 102-ci hərbi bazanın çıxarılması məsələsini də gündəmə gətirir. Bunlar fonunda regionda sülh prosesinin davam etdiyi bir vaxtda Qərbin Ermənistana hərbi yardım göstərməsi ölkədəki revanşistləri qızışdırmaq üçün atılan düşünülmüş addımdır. Qərb bununla Rusiya-Ukrayna müharibəsi fonunda bir neçə hədəfi eyni anda vurmağa çalışır. Hindistanın ekspert dairələri isə Dehli ilə İrəvan arasında hərbi-texniki əməkdaşlığı, Ermənistanın silahlandırılmasını Türkiyə, Pakistan və Azərbaycan arasında son illərdə möhkəmlənən hərbi müttəfiqlik münasibətləri ilə izah edirlər. Rəsmi Dehlinin fikrincə, bu ittifaq Hindistanın maraqlarına təhlükə hesab olunur. Hindistan və Ermənistan arasında intensiv hərbi əməkdaşlıq Bakının haqlı narazılığına səbəb olduğu kimi, Moskvada da qıcıq yaratmaya bilməz. Hər halda, Rusiya ekspert dairələrində bu məsələ son dövrlərdə daha çox diqqət mərkəzinə gətirilir. Baş verənlərdən Türkiyə də narazıdır və bu fonda Ermənistanın silahlandırılmasına qarşı Ankaranın Azərbaycanla fəaliyyətini koordinasiya etməsi mühüm və təbii xarakter daşıyır. 

Nahid SALAYEV







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

İlham Əliyev əsaslı tənqid etdi - Türk dövlətlərinə nə qədər pul lazımdır?..

Türk dünyası dövlətlərinin bankları birləşdirilir...

“Nəbadə, arxamca ağlayasınız” - Qərbi azərbaycanlı Şuşa şəhidi İlqar Ramazanlının anası...

SON XƏBƏRLƏR

11.11.2024 | 23:40
Ərdoğan Bakıya gəldi... - FOTO

11.11.2024 | 22:30
Ağ Ev rəsmən etiraf etdi - Rusiyaya qarşı sanksiyalar səmərəsiz olub...

11.11.2024 | 22:18
Qırğız, Tacikistan və Özbəkistan prezidentləri COP29-da iştirak üçün Azərbaycana gəlib - FOTO

11.11.2024 | 22:06
Yeniyetmə taekvondoçularımız iki qızıl, iki gümüş, bir bürünc medal qazandılar

11.11.2024 | 21:08
COP29 gündəliyi təsdiq edildi

11.11.2024 | 20:56
Xəzər sahilində görüntülənən “nəhəng canlı” ilə bağlı əsl həqiqət ortaya çıxdı... - FOTO

11.11.2024 | 20:19
Ukrayna kəşfiyyatı Rusiya helikopterini qaçırması üçün pilota 600-750 min dollar təklif etdi...

11.11.2024 | 19:59
"Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib" - Baydenin müşaviri

11.11.2024 | 19:33
"Sənan başqa cür həlak olsaydı mən dəli olardım..." - Şəhid Sənan Hüseynovun anası Alidə xanım

11.11.2024 | 19:25
Binəli Yıldırım da COP29-da iştirak edəcək...

11.11.2024 | 19:19
Viktor Orban Bakıya gəldi

11.11.2024 | 18:43
Leyla və Arzu Əliyevlar Dəniz Növlərinin Beynəlxalq Müdafiəsi layihəsinin təqdimatında... - FOTO

11.11.2024 | 18:17
Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb - FOTO

11.11.2024 | 18:05
BƏƏ Prezidenti Azərbaycanda səfərdədir

11.11.2024 | 17:40
Prezident İlham Əliyev Lukaşenko ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 17:38
"Ermənistanın COP29-da iştirak edib-etməməsi bu ölkənin öz qərarıdır" - Prezident

11.11.2024 | 16:42
Prezident İlham Əliyev Vuçiçlə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:18
Prezident İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 16:10
“Fəaliyyətdə birlik: Karib adalarında ədalətli və davamlı inkişaf üçün nəsillərarası səslər” adlı sessiya keçirildi

11.11.2024 | 15:57
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:43
Gürcü spiker Aİ ölkələrinin parlamentarilərinin görüş təklifini rədd etdi - seçkilərə müdaxilə ittiham...

11.11.2024 | 15:31
Prezident İlham Əliyev Belçikanın Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 15:05
Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

11.11.2024 | 15:03
Leyla Əliyeva və Anar Ələkbərov COP29 məkanındakı Azərbaycan pavilyonunu ziyarət ediblər - FOTO

11.11.2024 | 14:51
Stolüstü tennisçilər növbəti təlim-məşq toplanışında...

11.11.2024 | 14:33
Serbiya, Belarus və Slovakiya prezidentləri də Bakıya gəldi...

11.11.2024 | 14:16
Azərbaycan Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzaladı

11.11.2024 | 14:00
Prezident İlham Əliyev Şarl Mişellə görüşdü - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:43
İqlim dəyişikliklərinə qarşı mübarizədə ali təhsilin rolu müzakirə edildi

11.11.2024 | 13:36
Bakıda COP29-un açılış mərasimi keçirilib - FOTO/VİDEO/YENİLƏNDİ

11.11.2024 | 13:30
Efiopiya və Nepal prezidentləri COP29-da iştirak üçün Bakıya gəlib

11.11.2024 | 13:22
BMT Baş katibi Bakıya gəldi

11.11.2024 | 13:17
Prezident İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 13:05
Армения остаётся раковой опухолью Кавказа - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.11.2024 | 12:53
Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib

11.11.2024 | 12:45
"Əhəmiyyətli nəticə olmadan biz Bakını tərk edə bilmərik" - Saymon Stil

11.11.2024 | 12:30
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 12:12
"COP29 hər kəsə yeni başlanğıc üçün bir fürsətdir" - Muxtar Babayev

11.11.2024 | 12:02
Bu futbolçu 100-cü çempionat matçına çıxıb

11.11.2024 | 12:02
"COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq" - COP28-in Prezidenti

11.11.2024 | 11:55
Keniyanın Baş naziri Azərbaycanda səfərdədir

11.11.2024 | 11:50
Muxtar Babayev COP29-un Prezidenti seçildi

11.11.2024 | 11:47
"İqlim maliyyəsi bu böhrana səbəb olan və onu alovlandırmağa davam edənlərin məsuliyyətidir" - Kleyr Miranda

11.11.2024 | 11:44
Karateçilərimiz Moskvadan 1 gümüş, 4 bürünc medalla dönür

11.11.2024 | 11:44
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri və üzvü ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 11:35
COP29 çərçivəsində Yaşıl Zonadakı tədbirlərin açılışı olub

11.11.2024 | 11:17
Kuk Adalarının Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib

11.11.2024 | 11:05
Ərdoğan Səudiyyə Ərəbistana gedib

11.11.2024 | 11:00
"Bu məlumat həqiqəti əks etdirmir" - Medianın İnkişafı Agentliyi jurnalistlərə müraciət edib

11.11.2024 | 10:56
Prezident İlham Əliyev Monqolustan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

11.11.2024 | 10:51
Millətlər Birliyi təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib

11.11.2024 | 10:46
Lixtenşteynin Baş naziri də Bakıya gəlib

11.11.2024 | 10:07
Bakıda CO29 çərçivəsində mətbuat konfransı keçirilib

11.11.2024 | 10:00
İraq Prezidenti Azərbaycana səfərə gəlib

11.11.2024 | 09:00
Bu gün Bakıda COP29 başlayır

10.11.2024 | 23:47
Trampın oğlundan Zelenskiyə mesaj - "Xərcliyini itirməyinə 38 gün"...

10.11.2024 | 23:10
Putinə Ukraynanın 20 faizi qalacaq, 80 faizi isə... - NATO-nun Avropadakı keçmiş baş komandanından iddia...

10.11.2024 | 22:21
Qana Prezidenti də COP29-da iştirak üçün Bakıya gəldi

10.11.2024 | 22:07
Müsəlman Ağsaqqalları Şurasının sədri Azərbaycanda...

10.11.2024 | 21:20
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri və Heyətin üzvü Bakıya gəlib - FOTO

10.11.2024 | 21:03
Monqolustan Prezidenti Bakıya gəldi

10.11.2024 | 20:30
Hərbi qulluqçumuz Goranboyun Gülüstan kəndində minaya düşdü...

10.11.2024 | 20:18
Antiqua və Barbudanın Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 19:52
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Bakıya gəlib

10.11.2024 | 18:50
Trampın seçki müşavirindən qalmaqallı bəyanat - Ukrayna Krımı unutmalıdır...

10.11.2024 | 18:26
Niuenin Baş naziri Azərbaycana gəlib

10.11.2024 | 18:17
"Müharibənin bitməsindən qorxan birini görmüsünüzmü? Mən gördüm, adı Zelenskidir" - Slovakiyanın baş naziri

10.11.2024 | 17:41
Şimali Makedoniya Prezidenti COP29-da iştirak etmək üçün Bakıya gəldi...

10.11.2024 | 17:38
Anqolanın və Malavinin vitse-prezidentləri Azərbaycana gəlib

10.11.2024 | 17:35
“Yeni Müsavat” qəzeti 35 yaşında - yubiley FİLMİ

10.11.2024 | 17:26
O, Dövlət yolunda, Millət yolunda canını, ruhunu qoydu - Yunus Oğuz

10.11.2024 | 16:45
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:37
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşdü - FOTO/YENİLƏNDİ

10.11.2024 | 16:15
Prezident İlham Əliyev San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:53
Prezident İlham Əliyev Surinam Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

10.11.2024 | 15:47
Kobaxidze COP29-da iştirak üçün Bakıya gəlir...

10.11.2024 | 15:24
DİN Azərbaycana qarşı dezinformasiya yayan İraq kanalını ifşa etdi - FOTO

10.11.2024 | 15:17
Yeniyetmə taekvondoçularımız Avropa birinciliyini 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar

10.11.2024 | 14:43
Zimbabve Prezidenti Azərbaycana səfərə gəlib

10.11.2024 | 13:26
Misirdəki qəzada xəsarət alan azərbaycanlı ailədən yeni xəbər var...

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930