KÖHNƏ VERSİYA            

Azərbaycanın tranzit imkanlarından Qazaxıstanın asılılığı daha da artır

Image

Qazaxıstan 2029-cu ilədək neft hasilatını 104,8 milyon tona çatdırmaq niyyətindədir. Bu barədə milli iqtisadiyyat naziri Nurlan Baybazarov bildirib: "Neft hasilatının həcmi 2025-ci ildəki 97,2 milyon tondan 2029-cu ildə 104,8 milyon tona yüksələcək".

Qeyd edək ki, 2024-cü ildə Qazaxıstan 90,3 milyon ton neft hasil etməyi planlaşdırır. İndi Qazaxıstan üçün əsas məsələ hasil edilən neftin dünya bazarlarına davamlı və etibarlı şəkildə nəqlidir. Hazırda Qazaxıstana belə bir imkanı təqdim edən əsas ölkə isə Azərbaycandır. Qeyd edək ki, hələ 2022-ci ildə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və SOCAR arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tiflis-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb. Artıq ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 milyon 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 milyon 108 min ton və ya 49%-ə yaxın çoxdur. 2023-cü ildə Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 milyon 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 milyon 057 min ton neft göndərilib. Cari ildə bu rəqəmlərin daha yüksək hədlə ifadə edilməsi gözlənilir. Hazırda Qazaxıstan neftinin daha çox Rusiya üzərindən daşınması həyata keçirilir. Kəmər Qazaxıstanı Novorossiysk yaxınlığındakı dəniz limanı ilə birləşdirən boru kəməri sistemidir, burada neft dünya bazarlarına göndərilmək üçün tankerlərə yüklənir. Qərbi Qazaxıstanın neft yataqlarını Novorossiyskdəki dəniz terminalı ilə birləşdirən boru kəmərinin uzunluğu 1511 min kilometrdir. Amma son illərdə bu kəmərin işində fasilələr müşahidə olunur. Bu da Qazaxıstanın neft ixracına maneələr yaradır. O səbəbdən Qazaxıstan neftinin alternativ marşrutlarla ixracına xüsusi diqqət etməkdədir. Ötən il Ukrayna silahlı qüvvələrinin iki dəniz pilotsuz kateri ilə Novorossiysk hərbi dəniz bazasına hücuma cəhd etməsi bu prosesi daha da sürətləndirib. Qeyd edək ki, Novorossiysk Rusiyanın Qara Dənizdəki ən böyük ticarət limanlarından biridir. Bu liman Rusiya və Qazaxıstan neftinin daşınmasında mühüm rola malikdir. Azərbaycanın 1997-ci ildə istismara verilən ilk neft kəməri Bakı-Novorossiysk kəməri olub. Azərbaycan nefti şimal marşrutu üzrə bu kəmər vasitəsi ilə Novorossiysk limanına daşınıb və sonra dünya bazarına çıxarılıb. Amma Azərbaycan sonuncu dəfə Bakı-Novorossiysk neft kəməri ilə neft daşımasını 2020-ci ilin yanvarında həyata keçirib. İndi həm təhlükəsizlik, həm də kommersiya maraqları baxımından Novorossiysk limanı Azərbaycan neftinin daşınması üçün əhəmiyyətli deyil. Çünki Tixareks məntəqəsində Azərbaycan nefti Qazaxıstan və Rusiya nefti ilə qarışdırdığından “Urals” markası altında bazara çıxarılırdı. “Brent” markalı neftlə “Urals” markalı neftin satış qiymətləri arasında ciddi fərq var. Bu səbəbdən həm təhlükəsizlik, həm də kommersiya maraqlarına görə bu gündədək Azərbaycan Rusiya terminallarından istifadə etmir.

Novorossiysk limanı vasitəsi ilə həmçinin Türkiyə və Avropa ölkələrindən gələn yüklər Rusiya və Asiya ölkələrinin bazarına çıxarılıb və əksinə yüklər daşınıb. Ekpertlər hesab edir ki, limanın infrastrukturu vurularsa bu istiqamətdə problemlər daha da dərinləşdirəcək və Orta Dəhlizə tələbat daha da artacaq. Daha bir nüans odur ki, Rusiya Xəzər Boru Kəmə­ri Konsorsiumu və Novorossiysk termi­nalından təsir vasitəsi kimi istifadə edir. Maraqlarına uyğun istənilən zaman neftin nəqlini dayandıra bilər. İstənilən bəhanəni də tapmaq asandır. Məsələn, Rusiya əlverişsiz hava şəraitini əsas gətirərək dənizdə yanalma qurğuları­nın mümkün zədələnməsi bəhanəsilə dəniz terminalından neftin yüklənməsi­ni dayandırmışdı. Nəticədə Qazaxıstan neftinin bazara çıxarılmasında çətinlik yaranmışdı. Qazaxıstan isə belə prob­lemlərlə bir daha qarşılaşmaq istəmir. Bundan başqa, Qərbin Rusiyaya qarşı sanksiyaları var. Bunlar fonunda Qazaxıstan neftinin daha çox həcmdə Bakı-Tiflis-Ceyhan kəməri ilə nəqli, eləcə də sıxılmış və mayeləşdirilmiş qazın Azərbaycan vasitəsilə ixracı imkanları və bu məhsulların dəmir yolu vasitəsilə daşınması kimi məsələlər xüsusi diqqət mərkəzindədir. “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə işçi qruplarının yaradılması  da buna xidmət edir. Qazaxıstan nefti Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinə qarışıq şəkildə daxil olur. Neftin bir hissəsi dəmir yolu ilə, digər bir hissəsi Aktau limanında yüklənərək Xəzər dənizindən keçən kiçik tankerlərlə gətirlərək boru kəmərinə doldurulur. Qazaxıstan Azərbaycan istiqamə­tində neft nəqli üçün Bakı–Tiflis–Cey­han neft kəmərindən başqa, Bakı–Sup­sa və Bakı–Batumi marşrutlarından da istifadə edə bilər.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

25.12.2024 | 17:28
“Biz bütün bunları Azərbaycanda heç vaxt görməyəcəyik”...

25.12.2024 | 17:15
Xarici dezinformasiyalarla mübarizədə süni zəkadan geniş istifadə başlayıb

25.12.2024 | 17:03
Yeni Suriya rəhbərliyi beynəlxalq məhkəmələrdə İrana qarşı iddia qaldırmağa hazırlaşır - 300 milyard dollar təzminat istəyirlər...

25.12.2024 | 16:54
"Azərbaycan Hava Yollarının təyyarəsinin dəhşətli qəzası məni çox kədərləndirdi" - İsrail Prezidenti

25.12.2024 | 16:26
Prezident İlham Əliyev təyyarə qəzasının səbəbləri barədə: "Məsələ tam araşdırılmalıdır"

25.12.2024 | 16:23
Rusiya Müdafiə Nazirliyindən şok iddia – ABŞ Afrikanı bioloji müharibə meydanına çevirir...

25.12.2024 | 16:21
"Komissiya qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir" - Prezident

25.12.2024 | 16:10
İran Azərbaycana başsağlığı verdi

25.12.2024 | 16:05
Zelenski ilə Slovakiya baş naziri arasında “söz atışması” – Kiyev bizə dondurulmuş Rusiya aktivlərindən 500 milyon təklif etdi...

25.12.2024 | 15:51
Ərdoğan Prezident İlham Əliyevə zəng edib

25.12.2024 | 15:51
Təyyarə qəzası ilə bağlı yaradılan dövlət komissiyasının üzvləri hadisə yerində...

25.12.2024 | 15:33
Dekabrın 26-da Azərbaycanda matəm elan edildi

25.12.2024 | 15:30
Putin AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024 | 15:23
"AZAL-a məxsus təyyarinin qəzaya uğraması ilə bağlı dərin kədər hissi keçiririk" - Moldova Prezidenti

25.12.2024 | 15:18
Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi

25.12.2024 | 15:10
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı - Prezident sərəncam imzaladı

25.12.2024 | 14:53
XİN AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı məlumat yaydı

25.12.2024 | 14:46
32 nəfər təyyarə qəzasından sağ çıxıb - Baş Prokurorluq açıqladı...

25.12.2024 | 14:43
Azərbaycan Prezidenti Rusiya səfərindən yarımçıq qayıtdı - təyyarə limanında operativ müşavirə, tapşırıqlar verildi...

25.12.2024 | 14:36
Bakıdan Aktauya xüsusi həkim heyəti və lazımi tibbi avadanlıqlar göndərildi

25.12.2024 | 14:30
Ərdoğan təyyarə qəzası ilə bağlı başsağlığı verdi

25.12.2024 | 14:23
Prezident İlham Əliyevin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq hava limanına eniş etdi

25.12.2024 | 14:23
"AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb" - Baş Prokurorluq

25.12.2024 | 14:06
MEDİA Agentliyi təyyarə qəzası ilə bağlı jurnalistlərə çağırış etdi

25.12.2024 | 13:59
Bakıda narkotik satışı təşkil edən ata və iki övladı saxlandı - FOTO

25.12.2024 | 13:43
Qazaxıstan da təyyarə qəzası ilə bağlı araşdırmalara başladı

25.12.2024 | 13:42
Paşinyan onları debata çağırdı, onlar da Paşinyanın bəyanatlarını "dəlilik" adlandırıb rədd cavabı verdilər...

25.12.2024 | 13:36
"Azərbaycanlı və qazax qardaşlarımıza hər cür dəstəyi verməyə hazırıq" - Türkiyə XİN

25.12.2024 | 13:35
Dekabrın 11- də Yerevandan Bakıya uçmuş təyyarədə nə olub?- həm də bu ilk deyilmiş....

25.12.2024 | 13:33
"Təyyarə qəzası ilə bağlı hər cür yardımı göstərməyə hazırıq" - İsrail səfiri

25.12.2024 | 13:23
ABŞ səfirliyindən təyyarə qəzası ilə bağlı paylaşım - kömək etməyə hazırıq...

25.12.2024 | 13:20
Sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı cinayət işi başlandı

25.12.2024 | 13:17
Tokayev tapşırıq verdi - Qazaxıstanda təyyarə qəzası ilə bağlı komissiya yaradıldı

25.12.2024 | 13:15
Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

25.12.2024 | 13:06
AZAL-dan təyyarə qəzası ilə bağlı yeni açıqlama - 62 sərnişin...

25.12.2024 | 13:02
AZAL-ın Bakı-Qroznı reysində olan sərnişinlərin siyahısı açıqlandı

25.12.2024 | 12:55
Prezidentin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyası yaradıldı

25.12.2024 | 12:52
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzası ilə bağlı Bakıya geri döndü

25.12.2024 | 12:48
Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verdi - FOTO

25.12.2024 | 12:44
Aktauda təyyarə qəzasında 25 nəfərin sağ qaldığı açıqlandı

25.12.2024 | 12:31
Prezidentin tapşırığı ilə dövlət orqanlarının nümayəndələri Qazaxıstana yola düşüblər

25.12.2024 | 12:22
Qəzaya uğrayan təyyarədə 37 Azərbaycan vətəndaşı olub...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031