Polad Bülbüloğlu Milli Məclis sədrinin birinci müavini olacaq...
Azərbaycanın Rusiyadakı səfiri, deputatlığa namizəd Polad Bülbüloğlu Milli Məclis sədrinin birinci müavini olacaq. Hər halda onun son müsahibəsində dediklərindən belə nəticəyə gəlmək olar.
P.Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib: "Mən Moskvada 18,5 il çalışmışam. Bu, diplomatik xidmət üçün çoxdur. İndiki mərhələdə mən doğma Şuşanı, rayon sakinlərini parlamentdə təmsil etməyim daha düzgün olardı. Çox ümid edirəm ki, mən seçiləcəm və Qarabağ işğaldan azad olunandan sonra birinci müavin olmaq böyük şərəf olar..."
Müsahibədən də göründüyü kimi P.Bülbüloğlu əmindir ki, seçkilərdə qalib gələcək və Milli Məclis sədrinin birinci müavini olacaq.
Xatırladaq ki, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsindən namizədliyini irəli sürüb.
TAHİR