DGK və Aydın Talıbovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan mağazalar şəbəkəsi arasında çəkişmə - Bəyannamə verilməyib
Dövlət Gömrük Komitəsi (DGK) və "Araz Supermarket" MMC arasında məhkəmə çəkişməsi davam edir. Pravda.az-ın xəbərinə görə, Komitənin iddiası ilə bağlı növbəti proses Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə avqustun 28-də keçiriləcək.
Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Mağazalar şəbəkəsinin icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.