Ukrayna 120 min əsgərlə Belarus sərhədinə dayandı - Lukaşenko Kiyevə xəbərdarlıq etdi...
Ukrayna Belarus sərhədində hərbi mövcudluğunu artırmaqda davam edir. Bu barədə açıqlama verən Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın sərhəddə 120 mindən çox əsgər yerləşdirdiyini bildirib.
Lukaşenko cavab olaraq, bütün sərhəd boyu hərbi birləşmələr göndərdiklərini bildirib.
Putinin yaxın silahdaşı olan Lukaşenko Belarus-Ukrayna sərhədinin əvvəlki kimi minalandığını deyib və Ukrayna əsgərləri sərhədi keçməyə cəhd etsələr, böyük itki verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qeyd edə ki, Lukaşenko keçən həftə Belarus hava məkanını pozan Ukraynanın pilotsuz uçuş aparatlarının vurulduğunu açıqlamışdı. Belarus lideri bəyan edib ki, bu “təxribatçı hərəkət” cavabsız qalmayacaq.
Belarus Xarici İşlər Nazirliyi isə insidentlə bağlı Ukraynanın müvəqqəti işlər vəkilini çağırıb və hava məkanının pozunulması hallarının qarşısının alınması üçün tədbirlər görülməsini istəyib.
Bunadan başqa Belarus ordusu Ukraynanın Jitomir vilayətinin şimalına daha çox sayda əsgər, silah və hərbi texnika yığdığını bildirib.
Moskva isə bəyan edib ki, Kiyevin Belarus sərhədində hərbi mövcudluğunu artırması xəbərəri narahatlığa səbəb olur.
TAHİR