Zaporojye və Kursk atom stansiyaları ətrafında təhlükəli vəziyyət - Rusiya xəbərdarlıq etdi...
Ukrayna ilə Rusiya arasında 2 il əvvəl başlayan müharibə ən isti günlərini yaşayır. Ukrayna müharibə başlayandan bəri ilk dəfə Kursk vasitəsilə Rusiya ərazisinə daxil olub. Ukrayna Rusiya ərazisində irəliləyişini davam etdirir.
Bu arada Rusiyadan, bütün dünyanın diqqətini çəkən xəbərdarlıq edilib. Rusiyanın Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom” son vaxtlar Ukraynanın hücumu ilə bütün dünyanı narahat edən Zaporojya və Kursk atom elektrik stansiyalarında təhlükə səviyyəsinin artdığını açılayıb.
Açıqlamada Ukraynanın iki atom elektrik stansiyasının ətrafına çoxlu hücumlar təşkil etdiyi vurğulanıb: “Bu cür hərəkətlər təkcə iki atom elektrik stansiyası üçün birbaşa təhlükə yaratmır, həm də MAQATE-nin nüvə təhlükəsizliyinə yanaşmalarına xələl gətirir”.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də Zaporojya AES-də nüvə təhlükəsizliyi ilə bağlı vəziyyətin Ukraynanın pilotsuz təyyarələrin obyektin yaxınlığındakı növbəti hücumundan sonra pisləşdiyini bildirib.
MAQATE-nin prezidenti Rafael Qrossi elektrik stansiyasında baş verən hadisələrdən narahatlığını bildirib. Agentliyin ekspertləri ötən həftə elektrik stansiyasının yaxınlığında intensiv hərbi fəallığı müşahidə ediblər. "Biz Zaporojye Atom Elektrik Stansiyasının nüvə təhlükəsizliyinə və bütövlüyünə təhdidlərin yenidən artdığını görürük. Mən son dərəcə narahatam və bütün tərəfləri maksimum təmkinli olmağa və nüvə təhlükəsizliyinin qorunması üçün müəyyən edilmiş beş prinsipə ciddi riayət etməyə çağırıram" - deyə MAQATE-nin prezidenti bildirib.
Rusiya Müdafiə Nazirliyi isə Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücuma hazırlaşdığına dair məlumatlar əldə edildiyini və belə bir hücum olacağı təqdirdə buna “sərt cavab” veriləcəyini bildirib.
Zaporiyojye Atom Elektrik Stansiyası öz sahəsinə görə Avropanın ən böyük stansiyasıdır. Rusiya hərbi əməliyyatlara başlayandan qısa müddət sonra elektrik stansiyasını ələ keçirib.
TAHİR