"Azərbaycan bir daha qardaşlığını nümayiş etdirdi" - Türkiyə mediasl Azərbaycandan yazdı
Türkiyənin aparıcı media orqanları Azərbaycan və Türkiyə liderlərinin son telefon danışığı xəbərini geniş işıqlandırıb. Qardaş ölkənin media strukturları Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınlarının söndürülməsi səylərinə Azərbaycanın dəstəyinin vacibliyinə diqqət çəkiblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəngi etməsi ilə bağlı məlumat televiziya kanallarının xəbər buraxılışlarında yer alıb. Azərbaycandan Türkiyəyə amfibiya təyyarəsinin göndərilməsi ilə bağlı məlumat, həmçinin bir çox qəzet və xəbər saylarının əsas səhifələrində işıqlandırılıb.
İki qardaş ölkə liderinin telefon danışığı Türkiyə ictimaiyyətinə “Azərbaycan yenidən qardaşlığını nümayiş etdirdi!”, “Qardaşlıq əlaqələri məhz belə günlərdə özünü göstərir”, “Azərbaycan yanğınların söndürülməsinə yardım göndərir”, “Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir”, “Azərbaycan meşə yanğınlarına qarşı Türkiyəyə kömək edir” kimi sərlövhələri ilə təqdim olunub.
Media orqanları Türkiyə Xarici İşlər Nazirliyinin Azərbaycana təşəkkür mesajını da diqqət mərkəzində saxlayıb.
Mətləb