Cavanşir Quliyevin bu mahnısı Ermənistanı yerindən oynatdı...
Ölkəmizdə qərbi Azərbayacana qayıdışla bağlı görülən işlər, qədim yurd yerlərimizlə bağlı aparılan araşdırmalar və qəbul edilən mühüm tarixi qərarlar Ermənistan cəmiyyəti və KİV-lərində böyük rezanans doğurmaqda davam edir. Dədə-baba torpaqlarımıza qayıdışla bağlı gördüyümüz böyük işlər erməniləri o dərəcədə qıcıqlandırıb və təşvişə salıb ki, artıq bu qorxu dolu həyəcanlarını büruzə verməyə başlayıblar. Amsor.az erməni saytı yazır ki, Geqard Elmi Analitik Fondu Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev tərəfindən bəstələnən "İrəvan Türk Cumhuriyyəti"nin dövlət himni barədə çığır-bağır salıb. Bu erməni fondu sən demə "İrəvan Türk Cumhuriyyəti"nin dövlət himninin hazırlanmasını və yayılmasını pisləyir və “qəbuledilməz hesab edir.” Guya hansısa erməni fondunun və ya saytının sərsəm “etirazı” bizim öz qədim yurd yerlərimizə qayıdış işlərimizə mane olacaq. Ya da onların Avropadakı havadarlarının səs-küylü bəyanatları, Azərbaycana yönələn hədələyici fikirləri bizi öz tarixi missiyamızdan yayındıra bilərmi? – heç vaxt!
Bu yerdə erməni saytı olduqca maraqlı bir etirafla da diqqət çəkir. Sitat: “Bu günlərdə “İrəvan Türk Cümhuriyyəti” adlanan dövlət himni təqdim olundu, onun məzmunu İrəvanın yadların əlindən qurtarılması və geri qaytarılmasına qədər uzanır.” Tam doğrudur. Deyəsən erməni cəmiyyətində ağıllanma prosesi başlayıb. Əlbətdə, məqsədimiz qədim yurd yerlərimizin erməni işğalından tamamilə azad olunmasıdır. Göyçə mahalında, qədim İrəvanımızda üçrəngi bayrağımızın dalğalanacağı gün qəti uzaq deyil. Əksinə hər gün o tarixi zəfərə bir az da yaxınlaşırıq. Bəli, qədim torpaqlarımız barədə araşdırma və açıqlamalarımız, qədim yurd yerlərimizə geri dönüş üçün hazırladığımız planlar düşməni özündən çıxarıb. Hələ sizləri yandırıb-yaxacaq uğurlarımız irəlidədir.
Mətləb Salahov