İsrail kəşfiyyatı İranın İsrailə birbaşa hücum etməyə hazır olduğunu açıqladı - avqustun 15-nə kimi...
İsrail kəşfiyyatının əldə etdiyi son məlumata görə, İran Tehranda “HƏMAS”ın siyasi lideri İsmayıl Haniyənin qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa hücum etməyə hazırdır və ehtimal ki, bunu bir neçə günə edəcək.
“Axios” nəşri yazır ki, yeni kəşfiyyat məlumatlarına görə, hücum ola bilsin avqustun 15-nə planlaşdırılan atəşkəs razılaşması danışıqlarından əvvəl baş tutsun.
İsrailin kəşfiyyat rəhbərliyi hesab edir ki, ehtimal ki ilk zərbəni Beyrutda yüksək səviyyəli hərbi komandirinin qətlə yetirilməsinə cavab olaraq “Hizbullah” endirəcək, ardınca İran öz birbaşa hücumu qoşulacaq.
TAHİR