Həbs edilən polkovnikin varidatına əl qoyuldu - 250 milyon pul, 50-dən çox daşınmaz əmlak, 20-dən çox bahalı avtomobil...
Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, polkovnik Sergey Simonenkonun əmlakına həbs qoyub. Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, məhkəmə ehtiyat tədbiri olaraq Krasnodar diyarının fövqəladə hallar idarəsinin rəis müavini Simonenkonun əmlakına həbs qoyub. Simonenkonun və qohumlarının banklarda 250 milyon rublu, 50-dən çox daşınmaz əmlakı və 20-dən çox bahalı avtomobili, o cümlədən Zeekr, Lixiang L9, BMW X5, BMW X6 premium avtomobilləri olduğu iddia edilir.
Baş Prokurorluq hesab edir ki, Simonenko və yaxınları bu aktivlərin hamısını qanunsuz yolla əldə edib.
Qeyd edək ki, Simonenko korrupsiya cinayətində ittiham edilir. Bir neçə gün əvvəl S.Simonenkonun müstəntiqlər tərəfindən saxlandığı barədə xəbərlər yayılıb. Onun iş yerində saxlandığı bildirilir. Ancaq “Kommersant” yazır ki, Simonenko hələ də saxlanılmayıb.
Təqsirləndirilənlər arasında polkovnik Simonenkonun özü, həyat yoldaşı, iki qızı, kürəkəni və atası da var. Hüquq-mühafizə orqanları TASS-a bildirib ki, Simonenko və onun qohumlarının mənşəyi onların rəsmi gəlirlərinə uyğun gəlməyən əmlakları aşkar edilib.
“Bu, həm də Baş Prokurorluğun Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə Simonenkonun neqativ səbəblərə görə işdən çıxarılması tələbi ilə müraciət etməsi üçün əsas olub”, - mənbə agentliyə bildirib.
Qeyd edilir ki, Simonenko əvvəlki rəis, general-mayor Oleq Volınkinin həbsindən sonra 2023-cü ilin sentyabrından vakant olan FHN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin rəisi vəzifəsinə iddialı olub. İyunun sonu - iyulun əvvəlində Simonenko müvəqəti olaraq direktor vəzifəsini icra edib, lakin iyulun ortalarında prokurorluq onun işdən çıxarılmasını tələb edib.
TAHİR