İmran Xan həbsxanada açıq mühakimə olunacaq - məhkəmə qərar verdi
Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın “rəsmi sirləri açıqlamaq” ittihamı ilə həbsxanada açıq mühakimə olunmasına qərar verib. Pakistan mətbuatının yazdığına görə, xüsusi məhkəmə hakiminin qərarı keçmiş Baş nazirin vəkillərinin “təhlükəsizliyə təhdidləri” əsas gətirilərək, İmran Xanın fiziki olaraq məhkəmə qarşısına çıxa bilməməsindən sonra verilib.
Adiala həbsxanası rəhbərliyinin hesabatına baxdıqdan sonra hakim Əbual Həsnat Zülqərneyn məhkəmənin həbsxanada keçiriləcəyinə, müttəhimin ailə üzvlərinin və medianın dinləmələrdə iştirakına icazə veriləcəyinə qərar verib.
Mətləb