Türkiyənin “Şanxay beşliyi”nə üzv olmaq istəyinə Kremldən reaksiya gəldi - NATO üzvü olması problemdir, müzakirə olunmalıdır…
Kremlin sözçüsü Peskov Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq istədiyini, lakin NATO üzvü Türkiyənin fundamental məsələlərdə tutduğu mövqe ilə bağlı bəzi ziddiyyətlərin olduğunu bildirib.
Jurnalistlərə açıqlama verən Peskov Türkiyənin həqiqətən ŞƏT-ə üzv olmaq istədiyini bildiklərini deyib: “Türkiyənin NATO üzvü kimi əsas öhdəlikləri və mövqeyi ilə ŞƏT-in əsas sənədlərində yer alan dünya görüşü arasında bəzi ziddiyyətlər var. Bununla bağlı müzakirə edilməli bəzi məsələlər var.
Türkiyənin ŞƏT-ə üzv olma tarixi ilə bağlı sualı cavablandıran sözçü deyib ki, bir çox dövlətlər ŞƏT-ə üzv olmaqda maraqlıdır, bu məsələ daim gündəmdədir. Lakin hələlik bununla bağlı dəqiq tarix yoxdur.
Qeyd edək ki, bundan əvvəl Prezident Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istədiyini deyib. "Məqsədimiz orada müşahidəçi üzv kimi deyil, daimi üzv olmaqdır. Türkiyə artıq “Şanxay beşliyi”nə daimi üzv kimi qoşulmalıdır" – deyə Ərdoğan bildirib.
TAHİR