KÖHNƏ VERSİYA            

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışını etdi - FOTO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.

Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.

2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.

İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.

Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.

Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.

Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.

İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.

Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.

“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.

“30 illik həsrətin sonu” bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.

“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.

Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.







VİDEO

Paşinyanın son hərəkətləri Qərbi qəzəbləndirdi - İrəvana xəbərdarlıq edildi... - VİDEO

Ermənilər “Freedom Hous”da yenə öz işlərindən qalmadılar... - VİDEO

"Ya azərbaycanlı qacqınlar da qayıdır, ya da ermənilər Qarabağa qayıda bilməz" - belə qəti hökm olmamışdı... - VİDEO

Quterreşdən əvvəl bunu İlham Əliyev deyib - ancaq məsələnin həll yolu nədir?..

Əliyevin Şanxay ölkələrinə “lazım olsa 30 milyon tona çatdırarıq” mesajı...

Bu portal bir evi dəfələrlə satan MTK-ların "nəfəsini kəsəcək"...

SON XƏBƏRLƏR

08.07.2024 | 14:53
Ödəmə terminalını oğurlayıb qaçarkən qəzaya düşdülər... - FOTO/VİDEO

08.07.2024 | 14:41
“Məşğulluq haqqında” qanunda dəyişiklik edildi

08.07.2024 | 14:24
Azərbaycan və Ermənistan spikerləri Cenevrədə görüşəcəklər...

08.07.2024 | 14:12
Adil Əliyev Suraxanının icra başçısı təyin edildi

08.07.2024 | 13:55
Rusiya Avropa Şurası ilə bütün ipləri qopardı - "qayıtmağımız mümkün deyil"

08.07.2024 | 13:36
Pyotr Qlıboçko “Dostluq” ordeni ilə təltif edildi - SƏRƏNCAM

08.07.2024 | 13:29
DİN-dən xəbərdarlıq – onlayn oğurluq halları sürətlə artır...

08.07.2024 | 13:16
Fransada 1986-cı ildən sonra bir ilk - müstəqillik tərəfdarı kaledoniyalı lider millət vəkili seçildi

08.07.2024 | 13:03
Шушинский саммит тюрков серьёзно испугал и армян, и европейцев - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.07.2024 | 12:46
Ceyhun Bayramov sülh sazişi üçün əsas şərti açıqladı...

08.07.2024 | 12:31
Orbanın Şuşa səfərini tənqid edən Borelin cavabını verdilər - şam yeməyi üçün icazə verilirmi?

08.07.2024 | 12:24
İranın yeni prezidenti avqustun əvvəlində and içəcək...

08.07.2024 | 12:08
"İran prezidenti fəaliyyətə başladıqdan sonra münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyirik" - Ceyhun Bayramov

08.07.2024 | 11:31
İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət verildi

08.07.2024 | 11:27
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış Əməkdaşlıq Sazişini təsdiqlədi

08.07.2024 | 11:23
Prezident ARDNF-in 2024-cü il büdcəsinə dəyişiklikləri təsdiqlədi

08.07.2024 | 11:15
Bu ölkə fransız dilindəki himndən imtina etdi - Makronun əli hər yerdən üzülür...

08.07.2024 | 11:05
Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb - DİN açıqladı

08.07.2024 | 11:03
İranın yeni prezidenti ermənilərin faciəsi ola bilər - CANLI

08.07.2024 | 11:00
“COP29-un ev sahibi kimi bütün dünya üçün nümunə olmalıyıq" - nazirdən açıqlama

08.07.2024 | 10:30
ABŞ polisi 2013-cü ildən bəri 12 mindən çox insanı öldürüb - ŞOK HESABAT

08.07.2024 | 10:20
Azərbaycan gimnastı beynəlxalq turnirdə qızıl medal qazanıb

08.07.2024 | 10:10
Demokratlar Baydeni Kamala Harrislə əvəzləyir?

08.07.2024 | 10:05
Şuşaya işləməyə gedirdilər, Gəncədə qəzaya uğradılar

08.07.2024 | 10:00
Rusiya ŞOKDA - Ukrayna kəşfiyyatı “Tu-22M3” bombardmançı təyyarəsini Kiyevə qaçıracaqdı...

08.07.2024 | 09:30
Bu gün üç rayonda qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

08.07.2024 | 09:20
İtaliya mediası Azərbaycanda aşkarlanan Qafqazda ilk ritual ibadətgah barədə yazır

08.07.2024 | 09:10
Sərbəst güləş millimiz Avropa çempionu oldu

08.07.2024 | 09:04
Fransada gərgin lik artır - polis etirazçılara zor tətbiq edib

08.07.2024 | 09:01
Baydenə ŞOK - Əsas donorlar onu seçkilərdən çəkilməyə çağırır

07.07.2024 | 16:37
Ərdoğandan Əsədlə bağlı diqqətçəkən açıqlama - Hər an dəvət edə bilərik...

07.07.2024 | 15:22
Orbanın TDT-nin Şuşa Zirvəsində iştirakı Avroittifaq rəhbərliyini narahat etdi

07.07.2024 | 14:58
Macarıstanla Aİ arasında "Rusiya gərginliyi" - Budapeşt alman nazirin səfərini ləğv etdi...

07.07.2024 | 14:25
NATO Baydenin durumundan ciddi narahatdır - Trampa məğlub olacaq...

07.07.2024 | 13:52
Biləsuvarda qohumunu güllələyən şəxs saxlandı

07.07.2024 | 12:50
Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yaydı

07.07.2024 | 11:28
"Şuşa Zirvə görüşü və imzalanan Qarabağ Bəyannaməsi türk dünyasının birliyini daha da gücləndirəcək" - Vüqar Rəhimzadə

07.07.2024 | 10:28
Binədə axtarışda olan şəxs saxlanılarkən polis əməkdaşını qətlə yetirdi...

07.07.2024 | 01:01
AVRO-2024: Türkiyə Niderlanda uduzdu

06.07.2024 | 22:34
Şuşada Türk dünyasının Nizamnaməsi barədə tarixi qərar verildi...

06.07.2024 | 19:36
Avropa Birliyi Ermənistana “Sülh Fondundan”, Azərbaycana qeyri-fondlardan yardım qərarı verdi - niyə?..

06.07.2024 | 18:49
Türk dövlət başçıları Şuşada Ermənistana və onun dostlarına iradə göstərir - özgüvənin səbəbi...

06.07.2024 | 18:12
Şuşada Prezident İlham Əliyevin adından TDT dövlət və hökumət başçılarının şərəfinə nahar verilib

06.07.2024 | 17:53
Paşinyan həm konstitusiyanı dəyişir, həm də bunun guya daxili iş olduğunu göstərmək istəyir...

06.07.2024 | 17:35
Yunus Oğuzun yaradıcılığında boz qurd totemi – Turanın simvolu

06.07.2024 | 17:14
86 nəfər deputatlığa namizədliyini irəli sürdü - 10 nəfərin namizədliyi təsdiqləndi...

06.07.2024 | 17:00
Putin təkid edir - Ukrayna 4 bölgədən əsgərlərini geri çəkməlidir...

06.07.2024 | 16:43
Qardaşına təcridxanaya narkotik vasitə aparan şəxs saxlandı

06.07.2024 | 16:27
İran prezidentliyinə fars yox, azərbaycanlı gəlir - nə dəyişə bilər?

06.07.2024 | 16:04
Yasamal Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirildi - FOTO

06.07.2024 | 15:30
Mərkəzi İncəsənət Məktəbində yoxlama - pozuntuları aşkarlandı, iş hüquq-mühafizə orqanlarına göndərildi

06.07.2024 | 15:06
Sumqayıtda evdən 47 min manatdan çox pul oğurlayan qadın saxlandı

06.07.2024 | 14:15
"Enerji sahəsində strateji tərəfdaşlığımız çox əhəmiyyətlidir" - Prezident İlham Əliyev

06.07.2024 | 14:03
Prezident: "Azərbaycan TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb"

06.07.2024 | 13:58
"Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür" - İlham Əliyev

06.07.2024 | 13:57
Simonyana bir "məhvedici" cavab verən olmadı da...

06.07.2024 | 13:53
Şuşada TDT-nin büdcə və personalının artırılmasına dair sənəd imzalandı

06.07.2024 | 13:42
"Bəzi dövlətlərin haqsız ittihamlarla Azərbaycanı hədəf alması qəbuledilməzdir" - Cevdet Yılmaz

06.07.2024 | 13:39
"Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq" - Prezident

06.07.2024 | 13:35
Prezident İlham Əliyev: "XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır"

06.07.2024 | 13:33
"Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir" - Prezident İlham Əliyev

06.07.2024 | 13:10
"Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma təqdim etməyə hazırıq" - Tokayev

06.07.2024 | 12:25
Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi - FOTO/YENİLƏNDİ

06.07.2024 | 12:15
Prezident İlham Əliyev Şuşada TDT-nin Dövlət başçılarını qarşıladı - FOTO/VİDEO

06.07.2024 | 11:30
Sumqayıtda 12 yaşlı uşaq bədbəxt hadisənin qurbanı oldu

06.07.2024 | 11:10
Goranboyda evdən pul və qızıl oğurlayan keçmiş məhkum yaxalandı

06.07.2024 | 11:01
ABŞ senatoru bu sözlərlə 1-ci növbədə öz ölkəsinə pislik edir...

06.07.2024 | 11:00
AVRO-2024: Bu gün daha iki yarımfinalçı məlum olacaq

06.07.2024 | 10:32
Prezident İlham Əliyev İranın yeni prezidenti Məsud Pezeşkiana məktub göndərdi

06.07.2024 | 10:29
Cevdet Yılmaz Azərbaycana gəlib

06.07.2024 | 10:23
Ukrayna-Rusiya müharibəsində 3-cü dövlətin də vasitəçilik cəhdi iflasa uğradı...

06.07.2024 | 10:10
Bakıda 2 avtomobil toqquşub, gənc qız xəsarət alıb

06.07.2024 | 10:00
Almaniya Viktor Orbana qəzəblidir - "Macarıstan Aİ Şurasına sədrlikdən istefa verməlidir"

06.07.2024 | 09:51
Ceyhun Bayramov Ermənistanla normallaşma prosesinin faktiki vəziyyəti barədə danışdı

06.07.2024 | 09:40
Papa Fransisk 4 ölkəyə ən uzun apostol səfərinə çıxır

06.07.2024 | 09:37
Prezident İlham Əliyev Britaniyanın yeni Baş nazirini təbrik etdi

06.07.2024 | 09:30
ABŞ-dan qərar - Gürcüstanla hərbi təlimlər təxirə salındı

06.07.2024 | 09:27
Şirkətlər təzə taksini göstərib müştəriyə "utillik" maşın göndərir...

06.07.2024 | 09:26
"Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm" - Prezident İlham Əliyev

06.07.2024 | 09:17
Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının İclası başlayıb - FOTO

XƏBƏR ARXİVİ

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031