NATO Baydenin durumundan ciddi narahatdır - Trampa məğlub olacaq...
ABŞ-ın NATO müttəfiqləri Prezident Cozef Baydenin ölkədə keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəyindən ehtiyat edirlər.
“Politico” alyansa bağlı məmurlara istinadla yazıb ki, diplomatlar və dünya liderləri NATO sammiti ərəfəsində Baydenin yaşı, səhhəti və seçkilərdə qalib gələ bilməsi ilə bağlı ciddi narahatlıqlarını özəl olaraq bildirirlər.
Qəzetin mənbələri diplomatların və NATO liderlərinin Baydenin yenidən seçilməsini dəstəklədiklərini, lakin bunun baş verməyəcəyindən ehtiyat etdiklərini bildirirlər. NATO-nun Avropa ölkəsindən bir rəsmisi isə deyib ki, alyans Bayden seçkilərdə qalib gəlsə belə, “daha dörd il yaşaya biləcəyinə” şübhə edir.
Qeyd edək ki, Bayden və Tramp arasında ilk teledebat iyunun 27-də baş tutub. Çoxları Baydenin performansını uğursuz hesab edib. Xüsusilə, Amerikanın ən böyük nəşri olan “New York Times” Baydeni seçki yarışından geri çəkilməyə çağırıb.
TAHİR