Bu ölkə fransız dilindəki himndən imtina etdi - Makronun əli hər yerdən üzülür...
Burkina-Fasoda ölkənin fransız dilində olan himni (Ditanyè) 14 yerli dilə tərcümə edilib. Qərarı Nazirlər Şurası qəbul edib. Bundan sonra himn yalnız yerli dillərdə səsləndiriləcək.
Qeyd edək ki, Burkina-Fasoda 80-dən çox Afrika dilində danışılsa da, 1974-cü il Konstitusiyada 4 əsas dil təsbit edilib. 2023-cü ilin dekabrında konstitusiyaya edilən dəyişikliklə fransız dilinin statusu rəsmi dildən işçi dil səviyyəsinə endirilib.
Mətləb Salahov