Demokratlar Baydeni Kamala Harrislə əvəzləyir?
Demokratlar Partiyasının elitası ABŞ-nin vitse-prezidenti Kamala Harrisi prezidentlik yarışında ABŞ lideri Cozef Baydenin yerinə yeganə namizəd kimi qiymətləndirir. Bu barədə “The Wall Street Journal” yazı dərc edib. Nəşrin yazdığına görə, artıq elita arasında konsensus var ki, yeganə alternativ, vitse-prezident Kamala Harrisdir. "Onun da seçkilərdə Trampdan geri qaldığına dair şikayətlər olacaq və o, inflyasiya və Baydendən qalan digər problemlər üçün bəhanələr gətirməli olacaq. Bununla belə, kimlik siyasətinə pərəstiş edən bir partiyanın elitası azlıqda olan qadının namizədliyini rədd etməkdən çəkinəcək”, – qəzet qeyd edib.
Mətləb Salahov