Papa Fransisk 4 ölkəyə ən uzun apostol səfərinə çıxır
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk sentyabrda dörd ölkəni ziyarət etmək üçün Asiya və Okeaniya arasında ən uzun apostol səfərinə gedəcək. Müqəddəs Taxt-Tacın Mətbuat İdarəsi pontifikin səfərinin təfərrüatlarına dair proqramı açıqlayıb.
Məlumata görə, Papa Fransisk 2-13 sentyabr tarixlərində İndoneziya, Sinqapura, Papua Yeni Qvineya və Timor-Lesteyə səfər etməklə ümumilikdə 33 min kilometr məsafə qət edəcək. Roma Papasının səfər çərçivəsində on iki gün ərzində ziyarət edəcəyi ölkələrdə onlarla çıxışı və görüşləri nəzərdə tutulur.
Mətləb Salahov