Ukrayna-Rusiya müharibəsində 3-cü dövlətin də vasitəçilik cəhdi iflasa uğradı...
"Ukrayna ilə Rusiyanın arasında vasitəçilik etmək istəyən dövlət başçıları ilk növbədə öz faydalarını düşünür. Hələlik iki ölkənin arasında hətta atəşkəs razılaşmasının əldə olunmasının mümkünsüzlüyünü çox yaxşı bildikləri halda vasitəçiliyə cəhd edirlər.Çünki vasitəçilər hər iki ölkənin başçısının yanında hörmət qazanaraq vasitəçilikdən sonrakı dövrdə işlər görməyi planlaşdırırlar." Bu fikirlər "Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyevin öz Facebook səhifəsindəki paylaşımında yer alır. A.Quliyev yazır:
"Hələlik 3 ölkə belə cəhdlərə baş vurub.3- cü ölkə Macarıstan oldu.4- cü, 5- ci və şairlər də olacaq .Lakin heç biri nəticə verməyəcək.Çünki:
1. Ukrayna- Rusiya müharibəsinin hələ yekunlaşmaq vaxtı deyil.
2 .Heç bir tərəf real şəkildə üstələyə bilmir, mövqe döyüşləri gedir, hər kəs sanki hələlik dayandığı mövqeni mühafizə edir.Belə şəraitdə .Ukraynadan Putinin istədiyi əslində odur ki, sülh sazişindən əvvəl təslimçilik ruhunda olduğunu rəsmən qəbul etsin.Ukrayna buna təbii ki, getməz.
Atəşkəs o zaman olacaq ki, ya Ukrayna qoşunları müharibədən əvvəlki sərhədləri keçərək Rusiyaya daxil olacaq.Ya da Rusiya qoşunları irəliləyərək Kiyevi mühasirəyə alacaq.Heç biri hələlik görünmür.
Bir sözlə, uzun bir müharibənin gözləntisinə hazır olun."
Mətləb