Sumqayıtda 12 yaşlı uşaq bədbəxt hadisənin qurbanı oldu
Sumqayıtda 1-ci mikrorayonda yerləşən mənzillərdən birində faciə yaşanıb. Uşağın üzərinə qapının şüşəsi düşüb və o, qanaxmadan ölüb.
Sumqayıt Şəhər Polis İdarəsindən mətbuata verilən məlumatda deyilir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov